Sergey Lavrov Ceyhun Bayramova zəng etdi - SƏBƏB


Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnaçakanyanla telefon danışıqları aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilib. Məlumatda deyilir ki, Bakı və İrəvan Dağlıq Qarabağdakı atəşkəsə sadiq olduqlarını bir daha təsdiqləyib.
“Danışıqlar zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasında üç ölkənin xarici işlər nazirlərinin 9 oktyabr tarixində Moskvada keçirdiyi məsləhətləşmələrin ardından əldə olunan atəşkəs razılaşmalarına sadiq olduqlarını təsdiqləyiblər, atəşkəsin ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar”.
Tarix: 10-10-2020, 23:13
Xəbəri paylaş



Xəbər lenti