Putin Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb


Putin Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb
Hər iki ölkənin XİN başçıları Moskvaya dəvət olunub
 
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana müraciət edərək, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb.
 
AYNA "Report"a xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
Rusiya prezidenti müraciətində qeyd edib ki, atəş əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə dayandırılmalıdır.
 
Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərini danışıqlar aparmaq üçün bu gün Moskvaya dəvət edib.
Tarix: 9-10-2020, 07:53
Xəbəri paylaş



Xəbər lenti