Rusiyalı siyasi şərhçi: Münaqişənin həllinə qarışsaq, Türkiyə Azərbaycanda daha da güclənər




Rusiyalı siyasi ekspert, Yaxın Şərq siyasəti üzrə ekspert Kirill Semyonov Ermənistanla Azərbaycan arasında başlamış Qarabağ uğrunda müharibəyə Rusiyanın münasibəti barədə danışarkən bunları deyib:

“Rusiyanın Cənubi Qafqazda təsiri barədə aparılan söhbətlər bir istiqamətə bizi dartır. Ermənistanın tərəfində olmaq... Çünki bu mövzunu yalnız Ermənistan tərəfi dilə gətirir. Burada isə söhbət heç bir təsirdən getmir, sadəcə, Ermənistanın özünü ayaqda tutmaq cəhdləri hədəflənir. O zaman bütün Cənubi Qafqaz barədə danışmaq yox, sadəcə, Ermənistanla məhdudlaşmaq lazım gəlir. Belə ki, Gürcüstan artıq Rusiyanın təsir dairəsi deyil. Əgər biz Türkiyənin Azərbaycana dəstəyinə diqqət etsək və Türkiyəyə, eyni zamanda Azərbaycana qarşı cəbhə tutsaq, Azərbaycanda bütün nüfuzumuzu, təsirimizi itirəcəyik, başqa sözlə, Türkiyə Azərbaycanda daha da möhkəmlənəcək. Buna görə də təkrar edirəm, söhbət təsirdən getmir. Ermənistanın Rusiyanı bu konfliktdə öz tərəfdaşı olaraq görmək cəhdindən gedir”.
Ekspert vurğulayıb ki, Azərbaycanın işğal altında olan və Dağlıq Qarabağa aidiyyatı olmayan 5 rayon şərtsiz şəkildə Azərbaycana qaytarılmalıdır. Bakı isə bu məsələnin həllində istər Türkiyənin dəstəyi ilə, istərsə də onsuz öz torpaqlarını hərbi yolla azad etmək hüququna malikdir. Lakin Qarabağda etnik təmizləməyə, Xocalı hadisələrinin təkrarına yol vermək olmaz”,- deyə o qeyd edib.
Tarix: 7-10-2020, 10:53
Xəbəri paylaş



Xəbər lenti