İsrailin sabiq Müdafiə naziri, politoloq Aviqdor Liberman ITON TV-nin efirində Azərbaycan-İsrail münasibətlərindən danışıb. “Qafqazinfo” xəbər verir ki, Liberman Azərbaycanı İsrailin etibarlı tərəfdaşı adlandırıb:“Son 25 ildə Azərbaycan həm beynəlxalq arenada, həm də ikitərəfli əlaqələrdə İsrailin etibarlı tərəfdaşı olduğunu göstərdi. Tarixi nöqteyi-nəzərdən də Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında antisemitizmin tamamilə mövcud olmadığı, yəhudilərin özlərini tam hüquqlu hiss etdikləri respublikalardan biridir. Bəlkə də, yeganə respublikadır”.
Tarix: 6-10-2020, 23:56