Erməni siyasətçi: “Paşinyana "Qarabağı tanıyaq" dedim, o isə..."


Bu silah Ermənistanın diplomatik arsenalındadır, amma düşünürəm ki, bunu etməməyə hələ imkanımız var.
KONKRET.az xəbər verir ki, “Parlaq Ermənistan” partiyasının rəhbəri və parlamentdəki fraksiyasının sədri Edmon Marukyan bunu oktyabrın 6-da respublika parlamentində jurnalistlərə müsahibəsində Ermənistanın işğal edilən Dağlıq Qarabağın müstəqilliyini tanıma ehtimalını şərh edərkən söyləyib.

Xüsusilə bunun niyə hələ edilməməli olduğunu izah edib.
“Baş nazirdən bu mövzuda müzakirələrə başlamağın vaxtının gəldiyini soruşdum. Nəhayət, bu mesaj düşmən ölkəyə çata bilər, bəs uyğun an nə vaxtdır? Düşünürəm ki, indi deyil, çünki bu, bizim tərəfdən son vuruş olmalıdır. Yəni bunu etsək, deməli, artıq heç kimlə danışacaq bir şeyimiz yoxdur. Ancaq hələ belə bir vəziyyətdə deyilik” deyə Marukyan bildirib.
Tarix: 6-10-2020, 21:03
Xəbəri paylaş



Xəbər lenti