İşğalçı və separatçılara dəstək verən ağızlar elə bu əski parçasıyla da yumulacaq...-FOTO






Amerikanın ermənipərəst  konqresmen Adam Şiffin rəhbərliyi ilə kaliforniyalı parlamentarilər belə bir fleşmob təşkil edərək Ermənistanı və  Azərbaycan Respublikasının işğal altında qalan torpaqlarında qondarılmış və can verməkdə olan separatçı-terrorçu rejimi fotoda göründüyü qaydada  dəstəkləyiblər.

Moderator.az xəbər verir ki, bu haqda xəbər sosial şəbəkələrin erməni seqmentində yayılıb.

P.S. Dünyada və ABŞ-da artıq  Türkiyə-Azərbaycan birliyinin qüdrətini, ordumuzun gücünü anlayaraq gerçəyi dərk edib haqqın yanında olanlarla yanaşı, erməni lobbisinin parasına satılaraq qəsbkar və separatçı ermənilərə dəstək verənlər də var...

P.P.S. İnşallah, tezliklə - ordumuzun Xankəndinə, Şuşaya... müzəffər yürüşünün tamamında  “Artsax”a dəstək verən ağızlar elə “bayraq” dedikləri bu əski parçasıyla da yumulacaq...

Sultan Laçın
Tarix: 6-10-2020, 09:47
Xəbəri paylaş



Xəbər lenti