Dağlıq Qarabağda artan gərginliyi yaxından izləyirik.Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosunun rəisi Filip Riker deyib.
“ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə tərəflərə hərbi əməliyyatları dayandırmaq və danışıqlar prosesini bərpa etmək barədə çağırışlar etdik. Gərginliyin azaldılması hər kəsin yararına olacaq. Türk rəsmilərlə də bu məsələni müzakirə edəcəyik”, - F.Riker bildirib.
Tarix: 4-10-2020, 13:27