Xarici KİV-in Azərbaycana qarşı böhtan kampaniyası: - Səbəblərin arxasında nə gizlənir?

Son günlər xarici mediada guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi və orduya cəlb olunması ilə bağlı məlumatlar yayılıb.
Heç bir fakta əsaslanmayan, yalan və iftira dolu qarayaxma kampaniyasının arxasında Ermənistanın, konkret isə xaricdə fəəaliyyət göstərən erməni lobbisinin dayandığı şübhəsizdir. Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən iddiaları təkzib edib. Nazirlik bununla bağlı açıqlamasında bildirib ki, qarayaxma kampaniyasının məqsədi Ermənistan tərəfindən son zamanlar nümayişkaranə şəkildə həyata keçirilən və beynəlxalq humanitar hüququn kobud pozulması halı olan Yaxın Şərq ölkələrindən terror təşkilatlarının nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yaratdığı mənfi beynəlxalq ictimai rəyi kompensasiya etmək cəhdidir.
Maraqlıdır, beynəlxalq media qurumları bizim əleyhimizə niyə yalan məlumat yayırlar?
Tannmış jurnalist və media ekserti Qulu Məhərrəmli Cebhe.info-ya açıqlamasında xaricdə nüfuzlu media qurumlarının nümayəndələrinin Azərbaycana cəlb olunmasını təklif edib:
“Azərbaycanda guya muzdluların döyüşməsi xəbərləri başdan-ayağa dezinformasiyadır və yalandır. Azərbaycan Xarici İşlər Nazirliyi bunu təkzib edib. Niyə bunlar baş verir? Əslində bunların baş verməsi təəccüblü deyil. Uzun illərdir ki, Ermənistan Azərbaycana qarşı təkcə ərazi davası deyil, həm də informasiya müharibəsi aparır. Bütün hallarda çalışırlar ki, Azərbaycan barədə mənfi rəy yaratsınlar. Özlərinin əzabkeş və hüquq uğrunda mübarizə apardıqlarına dair cəgəngiyyatlarla dünya mediasında çıxışlar edirlər. Əlbəttə, bu işdə erməni diasporu və lobbiçiliyi də müəyyən rol oynayır.
Biz buna qarşı nə etməliyik? Çox təəssüflər olsun ki, son 15 ildə Azərbaycanda media siyasətini aparan insanlar bu məsələyə qətiyyən diqqət yetirməyiblər. Yəni Azərbaycanda mötəbər və nüfuzlu media qurumları, məşhur informasiya agentliklərin nümayəndəlikləri demək olar ki, sıradan çıxarılıb. İndi xəbərlər onların öz müxbirlərindən deyil, 4-cü və 5-ci mənbələrdən alırlar. Bu da hesab edirəm ki, informasiyanın təhrif olunmasına təsir edir. Buna qarşı çıxmaq üçün Azərbaycan mediasında, informasiya ilə məşğul olan idarə və qurumlarda dəqiq məlumatlar aparılmalıdır ki, ölkəmizə həm dost olan, həm də olmayan dövlərlər bu barədə bilgilər əldə etsinlər. Yəni düşünülmüş, davamlı və ardıcıl informasiya siyasəti olmalıdır”.
Qulu Məhərrəmli əlavə edib ki, Azərbaycan əleyhinə xarici KİV-də əsası olmayan informasiyaların yayılmasının başqa bir səbəbi də Azərbaycanda xarici dildə yaza bilən jurnalistlərin sayca az olmasıdır:
“Nəyə görə bu gün Azərbaycanda “Vaşinqton Post”, "New York Times", “Guardian” qəzetlərinin müxbiri olmasın? Biz bunda özümüz maraqlı olmalıyıq ki, nüfuzlu media qurumları məlumatarı birbaşa bizdən alsınlar. Bu baxımdan, onların ölkəmizdə nünayəndəliklərinin olması məqsədəuyğundur. Təəssüf ki, uzun illər bunun olmaması üçün ciddi cəhdlər göstəriblər, bəlkə də ölkələrin sifarişlərini yerinə yetiriblər. İndiki şəraitdə də Azərbaycan üçün belə problemlər yaranır. Mənə elə gəlir ki, bu cür yalan məlumatların təkzib edilməsinin ən yaxşı yolu xarici ölkə jurnalistlərinin Azərbaycana dəvət edilməsidir. Bu, ən yaxşı üsuldur. Azərbaycan XİN bu işin öhdəsindən çox rahatlıqla gələr. Eləcə də Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsi Azərbaycan haqqında gercək məlumatları yaya bilər”.
Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, “Pressklub” saytının rəhbəri Arif Əliyev yalan məlumatların xarici mediada tirajlanması səbəbini dünya KİV-nin çox ciddi, yüksək mənbələrinin olması ilə əlaqələndirib:
“Qarşı dövlətin rəhbəri bu fikri dəfələrlə səsləndirib. Digər qisim isə qəsdlə, məqsədli şəkildə belə məlumatlar yayırlar. Bunların qarşısının alınması üçün Azəraycanda zamanında rəsmi səviyyədə açıqlamalar verilir. Ciddi xarici kütləvi informasiya vasitələrində Rusiya, o cümlədən Avropada bunun yalan olduğunu dərc edən KİV-lər var. Təəssüf ki, biz onu istənilən səviyyədə təşkil edə bilmədik. Azərbaycanın xarici KİV-lə işləyən jurnalistlərinin faktiki olaraq əli-qolu bağlıdır və internet imkanları çox məhdudlaşdırılıb. Hətta bir çox hallarda sıfıra endirilib. İlkin olaraq, rabitə imkanlarında Ermənistan mənbələri daha çox üstünlüyə malikdir. Bu, Azəbaycan əleyhinə dezinformasiyaların yaradılmasında ciddi səbəbdir. Amma bu, sırf propoqantiv bir gedişdir.
Əgər belədirsə, bunu iddia edən tərəf ortaya fakt qoymalıdır. Ərəb kanallarında yayılan sözügedən reportaj çox gülməlidir. Ümumiyyətlə, deyim ki, ərəb KİV-i Əl-Cəzirəni çxmaq şərtilə, özlərini Ermənistanın yaxın dostu kimi aparır. Biz isə Azərbaycanda ərəblərə xidmət edirik”.
Tarix: 1-10-2020, 16:27
-
Dünən, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Dünən, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Dünən, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Dünən, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Dünən, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Dünən, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Dünən, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Dünən, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Dünən, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Dünən, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Dünən, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Dünən, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Dünən, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Dünən, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Dünən, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Dünən, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Dünən, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
8-09-2026, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
8-09-2026, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
8-09-2026, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
8-09-2026, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
8-09-2026, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
8-09-2026, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
8-09-2026, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
8-09-2026, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
8-09-2026, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
8-09-2026, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
8-09-2026, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO