BMT Baş katibinin ermənilərə can yandırmasının əsl səbəbi bəlli oldu...


“Onun erməni milyonçu qohumlarından biri Qarabağ münaqişəsini başlatmaq üçün Amerikada Qorbaçova brilyant verib..."



“BMT Baş Katibi Quttereşin ermənilərə bu qədər can yandırmasının,  Paşinyanla belə “cici-bacı” selfi şəkdirməsinin  səbəbini araşdırdım. Və çox maraqlı məsələlər üzə çıxdı...”

Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev söyləyib.
 
"Saytınızda BMT TŞ-nin dünənki qapalı iclasında Qarabağda müharibə məsələsinin müzakirəsi zamanı 27 il öncə işğalçı Ermənistan qoşunlarının Azərbaycan Respublikası ərazilərindən dərhal çıxarılması haqda məlum 4 qətnamənin xatırlanmaması barədə tənqidi yazını oxuduqdan  və BMT Baş Katibi Quttereşlə Paşinyanın  başlığa çıxarılmış  selfi-fotosunu gördükdən sonra bir araşdırma apardım. BMT Baş Katibi Quttereşin ermənilərə bu qədər can yandırmasının,  Paşinyanla belə “cici-bacı” selfi şəkdirməsinin  səbəbini araşdırdım.Və çox maraqlı məsələlər üzə çıxdı. Məlum oldu ki, əslən Portuqaliyadan olan Quttereşin İspaniyadakı məşhur Gulbekyanlar erməni milyonçu mafiyası ilə qohumluğu var. Belə ki, BMT Baş Katibinin  arvadı həmin Gülbekyanlardandır. Özü də qaraçı ermənilərdəndir. Onu da yada salım ki,  Gülbekyanların məşhur bir nümayəndəsi Qarabağ münaqişəsini başlatmaq üçün Amerikada Qorbaçova brilyant vermişdi... Yəni bəlkə də BMT TŞ-nin Qarabağla bağlı qətnamələrini “unutması”nın əsas səbəblərindən biri də budur. Odur ki, Azərbaycan dövləti möhkəm siyasi iradə nümayiş etdirməli və artıq belə ermənipərəst qurumların bəyanatlarını, çağırışlarını qulaqardına vuraraq  Milli Ordumuzun Qarabağa azadlıq yürüşünü davam etdirməli, torpaqlarımızın hər  qarışından erməni hərbçilərinin ayağı kəsilməmiş dayanmamalıdır”- deyə istiqlalçı deputat çağırış edib.

Sultan Laçın
Tarix: 30-09-2020, 21:29
Xəbəri paylaş



Xəbər lenti