Qarabağda düşmənə tarixi dərs verilir: - işğal xəritəsi dəyişir

Ermənistan rəhbərliyinin vay-şivəni artıq başlayıb. İşğalçı birləşmələr Azərbaycan Ordusundan sarsıdıcı zərbələr aldıqca baş nazir Nikol Paşinyan başda olmaqla, İrəvan rəsmilərinin dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə ünvanlı yalvarışları da çoxalır. Artır ermənilərin əsas himayədarlarından sayılan Fransanın prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və... arqumentli cavabını da alıb.
Dünən isə Nikol Paşinyan Almaniya kansleri Angela Merkelə zəng vurub və Azərbaycanla yanaşı, yenə qardaş Türkiyədən də gileylənib. Daha doğrusu, Türkiyə xofunu dilə gətirib. Sanki işğalçı qüvvələrə qarşı indi Azərbaycan Ordusu yox, Türkiyə hərbi birləşmələri vuruşur. Təbii ki, bununla o, vəziyyəti qəsdən daha da dramatikləşdirməyə və konflikti beynəlmiləlləşdirməyə, ixtilafa daha çox ölkəni, öncəliklə də Rusiyanı cəlb eləməyə çalışır.
Gözlənildiyi kimi, az sonra Almaniya kansleri İlham Əliyevə telefon açıb. Azərbaycanın dövlət başçısı isə Nakronla söhbətdə olduğu kimi, Merkelə də Azərbaycan Ordusunun cəza əməliyyatlarını zəruri edən səbəblər, o sırada Ermənistan rəhbərliyinin son təxribatlarından danışıb. Vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət bu ölkənin siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, çünki Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.
Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparıldığı da bildirilir.
Diqqət edildisə, əgər Paşinyan dünya liderlərini axtarıb imdad diləyirsə, onlardan Azərbaycanı və nə qədər qəribə olsa da Türkiyəni durdurmağı xahiş edirsə, Azərbaycan prezidentinə həmin liderlərin özləri telefon açırlar. Bu da döyüş bölgəsində durumun düşmən tərəfin xeyrinə olmadığının ən bariz təsdiqi və etirafı sayıla bilər. Nədən ki, vəziyyət doğrudan da dəyişib. Uzun müddət “göylə gedən” ermənilər artıq yerə “enməyə” başlayıblar. Proses hələ təzəcə start götürüb və yəqin ki, gündən-günə intensivləşəcək və “məğlubedilməz” ordudan əsər-əlamət də qalmayacaq...
*****
“Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Azərbaycan prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.
Ölkəmizin ərazi bütövlüyü ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirən dövlət başçısı xüsusi vurğulayıb ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir və bu, qardaşlığın əsl nümayişidir. “Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm”, - deyə İlham Əliyev qeyd edib.
Döyüş əməliyyatlarını qaçılmaz edən səbəblərdən söz açan ölkə başçısı deyib: “Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük... İki il öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq”.
*****
Bu arada Dağlıq Qarabağdakı durumun BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcəyi haqda məlumat yayılıb. Təşəbbüslə Almaniya və digər Avropa ölkələri çıxış edib. Bu haqda ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.
“Əslində BMT hazırda nüfuzunu itirməkdədir. Bugünkü toplantıdan da ciddi nəticə gözləmirəm. Amma istənilən halda Qarabağ probleminin yenidən BMT-də müzakirəsi məqbuldur. Çox böyük ehtimalla, tərəflərə döyüşləri dayandırmaq və masa arxasında danışıqlara başlamaq təklif olunacaq”, - deyə o qeyd edib .
Qubad İbadoğlu bildirib ki, Azərbaycan tərəfinin müzakirələrdə mövqeləri güclü olmalı və daha çox dəstək qazanmalıdır: “Amma onu da unutmayaq ki, müasir dünya da çox ədalətsiz və riyakar olub. Təklif edirəm ki, müzakirələrdə Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan 4 qətnaməsinə (822, 853, 874 və 884) istinad edilsin. İkincisi, hazırda döyüşlərin Qarabağda deyil, işğal altında olan rayonlarda getdiyi və həmin ərazilərdə terrorçuların məskunlaşdığı xüsusilə qeyd olunsun. Üçüncüsü, ermənilərin raket zərbələrindən həlak olmuş 8 dinc əhali barədə faktları təqdim olunsun. Dördüncüsü, oktyabr ayında açılacaq TAP-a münaqişənin yaratdığı təhlükə və risklərə dair dəlillər təqdim edilsin. Beşincisi, diqqət həmçinin Paşinyanın qəzəbli çıxışlarına və danışıqlardan imtinaya cəlb edilsin”.
Təşkilat rəhbəri onu da qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında müzakirələrdən ciddi gözləntilər olmasa da, onun qərarından daha çox məyus qalan ermənilər və onların havadarları olacaq: “Əsas odur ki, bu qərar Ermənistanda gözlənilən siyasi böhranı dərinləşdirə bilər. Eyni zamanda Azərbaycanın rəşadətli ordusunun igid əsgərləri sayəsində xəritədə qırmızı rəngdə (işğal altında) olan bəzi rayonlar üzrə rəng dəyişikliyi baş verəcək. Qırmızı rəngin tam dəyişəcəyi gün də gələcək, nəzərə alın ki, öncə strateji obyektlər, infrastruktur və hərbi texnika sıradan çıxarılır, sonra ərazilər yağılardan təmizlənir. Darıxmayın, o gün də gələcək”.
*****
Azərbaycan xalqı o günə zərrəcə şübhə etmir. Çünki ox artıq yaydan çıxıb. Döyüş meydanında düşmənə tarixi bir dərs verilməkdədir. İşğal xəritəsi dəyişir, kiçilir. Bir azdan, ümumiyyətlə, işğal olmayacaq...
“Yeni Müsavat”
Tarix: 30-09-2020, 08:16
-
Dünən, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Dünən, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Dünən, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Dünən, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Dünən, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Dünən, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Dünən, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Dünən, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Dünən, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Dünən, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Dünən, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Dünən, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Dünən, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Dünən, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Dünən, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Dünən, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Dünən, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
8-09-2026, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
8-09-2026, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
8-09-2026, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
8-09-2026, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
8-09-2026, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
8-09-2026, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
8-09-2026, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
8-09-2026, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
8-09-2026, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
8-09-2026, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
8-09-2026, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO