“Taksim”də Azərbaycana dəstək aksiyası keçirilib


“Taksim”də Azərbaycana dəstək aksiyası keçirilib
Bir qrup vətəndaş əllərində Türkiyə və Azərbaycan bayraqları ilə şüarlar səsləndiriblər
 
İstanbulun “Taksim” meydanında Azərbaycana dəstək aksiyası keçirilib. AYNA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Məlumata görə, meydanda Ermənistanın təxribatlarına qarşı etiraz etmək üçün təxminən 50 nəfərlik qrup əllərində Türkiyə və Azərbaycan bayraqları ilə şüarlar səsləndiriblər.
Tarix: 28-09-2020, 07:17
Xəbəri paylaş



Xəbər lenti