Son illər Azərbaycan və Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu, rəsmi Ankaranın Qarabağ məsəlsində ölkəmizə açıq dəstəyini ciddi şəkildə artırdığı müşahidə edilməkdədir.
Maraqlıdır, Türkiyənin ölkəmizə verəcəyi dəstək Qarabağ probleminin ədalətli həlli baxımından nə dərəcədə həlledici ola bilər?
Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu Türkiyənin regiondakı aktivliyinin bütün dünyada ədalətin bərpası baxımından önəmli olduğunu vurğuladı:
“Türkiyənin regionda baş verən olaylarla bağlı aktivliyi nəinki Qarabağ probeminin, Qafqazdakı, habellə post-sovet məkanındakı problemlərin həlli baxımından olduqca vacib və əhəmiyyətlidir. Çünki dünyanın digər aparıcı güclərindən fərqli olaraq, Türkiyə hər zaman ədalətin yanında yer alıb, bütün problemlərin ədalətli şəkildə həllini dəstəkləyib. Bu baxımdan Türkiyənin hərbi-siyasi aktivliyi sadəcə Azərbaycanın deyil, işğala, ədalətsizliyə məruz qalan bütün dövlətlərin maraqları baxımından arzuediləndir. İnanıram ki, Türkiyə faktoru yalnız regionda deyil, bütün dünyada ədalətin bərqərar olmasına yardımçı olacaq”.