“Koronavirusun “ikinci dalğası” başlamamış YAP-da islahatlar aparılmalıdır”


“Koronavirusun “ikinci dalğası” başlamamış YAP-da islahatlar aparılmalıdır”.
 
Pravda.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev deyib.
 
O bildirib ki, dəyişikliklər üçün ya YAP-ın növbəti qurultayı çağrılmalı, ya da Siyasi Şura toplantı keçirib İdarə Heyətində, İcra Katibliyində və Mərkəzi Aparatda islahatlar həyata keçirləmildir: “Yeni işlək strukturlar yaradılmalıdır. YAP-nın əvvəlki nüfuzunu özünə qaytarmalı, partiya üzvülərinin və vətəndaşların YAP-a inamını bərpa etmək günümüzün tələbidir. YAP Ulu Öndərin və partiyamızın sədri cənab Prezidentimiz İlham Əliyevin adına layiq partiyaya çevrilməlidir”.
Tarix: 14-09-2020, 21:35
Xəbəri paylaş



Xəbər lenti