“Azərbaycanı böyük müharibədən yayındırmaq cəhdi...” - GƏLİŞMƏ

Kanadanın “Geopolitical Monitor” beynəlxalq kəşfiyyat araşdırmaları dərgisi Rusiyanın Cənubi Qafqazda mövqelərini gücləndirməsindən və son zamanlar Ermənistanı yeni silahlarla təchiz etməsindən yazıb.
Qeyd olunur ki, Rusiyanın 2008- ci ildən Gürcüstana müdaxiləsi və daha sonra ABŞ-ın sabiq prezidenti Barak Obamanın administrasiyasının regiona marağını azaltması Kremlin Cənubi Qafqazda möhkəmlənməsinə səbəb olub.
Dərgidə Rusiyanın Ermənistanı hər vəchlə silahlandırmasından bəhs edilərkən Kremlin Azərbaycanla münasibətləri nəzərə almadığı vurğulanıb. Məqalə müəllifi yazır:
“Belə görünür ki, Rusiya son döyüş əməliyyatları zamanı açıq şəkildə Ermənistan tərəfə meyl etməklə Azərbaycanın siyasi mövqeyinə necə təsir edəcəyini hesablamayıb. Praktikada Moskva Bakıda belə təəsürat yarada bilər ki, daha Moskvaya ümid bağlamağa dəyməz və Ankara Yerevanla qarşıdurmada onun yeganə regional dostu, müttəfiqidir”.
Həqiqətən, Moskva bu addımı atarkən Azərbaycanın siyasi mövqelərinə necə təsir edəcəyini hesablamayıbmı?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe. info- ya açıqlamasında deyib ki, Rusiya Ermənistanı silahlandırmaqla böyük müharibəyə əngəl olmaq və Azərbaycana “göz dağı” verməyə çalışır:
“Rusiyanın Ermənistanı silahlandırmaqda bir neçə məqsədi var. Əsas məqsədi odur ki, Ermənistan Azərbaycan qarşısında zəif olmasın. Çünki Rusiyada da görürlər ki, Azərbaycan silahlanmaya, hərbi texnikaya milyardlarla dollar xərcləyir. Ermənistanın isə belə bir imkanı yoxdur. O, kasıb ölkədir. Ermənistan silahı ya borc ala, ya da Rusiyadan dilənə bilər. Ona görə də Rusiya hesablayır ki, bu sürətlə davam edərsə, Azərbaycanın ordusu güclənəcək, hərbi texnikası artacaq və Ermənistan üzərində xeyli üstünlük qazanacaq. Məhz bu baş verməsin deyə Kreml Ermənistana tonlarla hərbi yük göndərir. Bununla həm də Azərbaycana “göz dağı” verməyə çalışırlar ki, biz də Ermənistanı silahlandırırıq. Əsas hədəfi budur. Amma düşünmürəm ki, Rusiya böyük müharibə arzulasın. Çünki bilir ki, bu, həm Ermənistana, həm də onun özünə problemlər yarada bilər. Eyni zamanda, müharibənin Şimali Qafqaza təsiri ehtimalı var. Rusiya Ermənistanı silahlandırmaqla Azərbaycanı böyük müharibədən yayındırmağa çalışır. Əgər Rusiya Ermənistana tonlarla hərbi yük göndərməsəydi, biz bu məsələni daha sürətli həll edərdik. Amma Rusiya Ermənistanı silahlandırdığına və İrəvanda hərbi bazaları olduğuna görə, biz bu riskləri də gözə almaq məcburiyyətindəyik. Biz artıq Türkiyədən silah almağa üstanlük veririk və dövlət başçısı Türkiyənin Milli Müdafiə naziri Hülusi Akarla görüşündə də bunu vurğuladı. Rusiya da bunu görür və anlayır ki, artıq Kremldən silah alınmayacaq. Yəni siyasətimiz dəyişir”.
Tarix: 12-09-2020, 15:46
-
Dünən, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Dünən, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Dünən, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Dünən, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Dünən, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Dünən, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Dünən, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Dünən, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Dünən, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Dünən, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Dünən, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Dünən, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Dünən, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Dünən, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Dünən, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Dünən, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Dünən, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
8-09-2026, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
8-09-2026, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
8-09-2026, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
8-09-2026, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
8-09-2026, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
8-09-2026, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
8-09-2026, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
8-09-2026, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
8-09-2026, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
8-09-2026, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
8-09-2026, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO