“Himayəsində olan partiyalardan biri Ramiz Mehdiyevi lider elan edə bilər” - Partiya sədrindən şok açıqlamalar

Prezident Adminstrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev bir sıra deputatları, politoloqları, jurnalistləri “qara siyahısı”na daxil edib. Akademikin məlum toy hadisəsindən indiyə qədər yazdığı bəyanatlardan bu, açıq-aydın görünür. Maraqlıdır ki, Ramiz Mehdiyev ənənəvi müxalifət partiyalarının rəhbərlərinə qarşı eyni sərt münasibəti göstərmir. Əksinə, o, partiyaların ünvanına yazılarının birində müsbət fikirlər ifadə edib. Bəzi siyasi analitiklər hesab edir ki, sabiq Administrasiya rəhbərinin gələcəkdə müxalifətin dəstəyini qazanmaq, özü ilə bağlı situasiya daha da ağırlaşacağı variantında müxalifətə sığınmaq ehtimalını nəzərə aldığı sezilir. Görünən odur ki, akademik müxalifətlə münasibətlərini indiki həssas vaxtda pisləşdirmək istəmir.
Bəs, Ramiz Mehdiyev müxalifətə sığınmaq istəsə, ona cavab necə olar? Müxalifət ona qucaq açarmı?
ALDP sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirdi ki, bütün müxalifətin adından danışması düzgün olmaz, ola bilər hansısa partiyalar ona qucaq açarlar. Ancaq ALDP-də Ramiz Mehdiyevin heç adi üzv kimi yeri yoxdur: “Bizim partiya heç zaman ona qucaq açmaz. Amma ola bilər ki, vaxtilə himayə etdiyi müxalifət partiyalarının biri onu partiyanın lideri elan etsin. Onun imkanlarından yararlanmaq istəyənlər olacaq. Təəssüf ki, bəzi müxalifət partiyaları iqtidardan qovulan korrupsioner məmurlara dəstək verirlər. Yenə də belə addımlar atanların olacağı istisna deyil. Hətta hansısa partiya Ramiz Mehdiyevi prezidentliyə vahid namizəd də elan edə bilər. Lakin hesab edirəm ki, Ramiz Mehdiyev kimilərinin bütün müxalifətin vahid namizədi olması, ümumiyyətlə, mümkün deyil. ALDP dövlət və milli maraqları həmişə üstün tutub. ALDP heç vaxt belə insanlara dəstək verməyəcək”.
Bəs, Ramiz Mehdiyev klanından və kadrlarından iqtidarı təmizləmək nə qədər vaxt alacaq? Bu gün bütün gücü ilə iqtidara qarşı olan akademik bu kadrları vasitəsilə hakimiyyətə təsir edə bilərmi?
Fuad Əliyev qeyd etdi ki, Ramiz Mehdiyevi artıq böyük güc sahibi saymaq yanlışdır: “Çünki Ramiz Mehdiyev hal-hazırda elə güc sahibi deyil ki, hakimiyyətə əsaslı təsir edə bilsin. İqtidarda əgər qəti istək olarsa, qısa bir zamanda Ramiz Mehdiyevin klanını hakimiyyətdən tamamilə təcrid etmək olar. Prinsipial mövqe tutub, qətiyyətli addımlar atmaqdan çox şey asılıdır".
Tarix: 12-09-2020, 08:58
-
Dünən, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Dünən, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Dünən, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Dünən, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Dünən, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Dünən, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Dünən, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Dünən, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Dünən, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Dünən, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Dünən, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Dünən, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Dünən, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Dünən, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Dünən, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Dünən, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Dünən, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
8-09-2026, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
8-09-2026, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
8-09-2026, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
8-09-2026, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
8-09-2026, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
8-09-2026, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
8-09-2026, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
8-09-2026, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
8-09-2026, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
8-09-2026, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
8-09-2026, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO