“Tofiq Yaqublu azad edilməsə, Azərbaycan milyardlar itirəcək”


Tofiq YaqubluTofiq Yaqublu

“Tofiq Yaqublunun sağlamlığı ilə bağlı yaranmış risk onun həyatına təhlükə yaradarsa, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Avropa və Amerikada olan aktivlərinə sanksiya qoyulacaq”.

Bu fikirləri iqtisadçı Qubad İbadoğlu səsləndirib.
Qubad İbadoğlu 
Qubad İbadoğlu
Onun dediyinə görə, Yaqublunun həbsinin davam etdirilməsi Azərbaycana 43 milyard dollar zərər verə bilər. Çünki, ARDNF-nin 43 milyard 223 milyon dollarlıq aktivlərinin 24,37 milyard dolları və ya 56,4 faizi Qərbdə (27,07 faizi ABŞ-da, 29,33 faizi Avropada), 2,65 milyard dolları və ya 6,15 faizi beynəlxalq maliyyə təşkilatlarında yerləşdirilib.
“Maraqlıdır ki, artıq ölüm aclığı elan etmiş Tofiq Yaqublu barədə bütün Azərbaycan bilsə də, bunu onun saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi bilmir”. Bu sözləri Tofiq Yaqublunun qızı deyib. O atası ilə görüşə gedərkən atasının saatlarla qapı ağzında gözlədildiyini, səhhəti yaxşı olmasa da ona xüsusi diqqət göstərilmədiyini bildirib. Bu barədə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə şikayət edəndə ona Tofiq Yaqublunun aclıq aksiyası keçirməsindən xəbərsiz olduqlarını deyiblər.
Bizimyol.info
Tarix: 11-09-2020, 22:13
Xəbəri paylaş



Xəbər lenti