1 milyon dollar qarşılığında Livan hökumətinin susqunluğu

Politoloq: “Livan hökuməti öz vətəndaşlarının işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz köçünə göz yumur”

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırmanı davam etdirir. İşğalçı ölkənin özünün əhalisi azaldığından İrəvan məskunlaşdırmanı bir sıra xarici ölkələrin vətəndaşları olan erməniləri, terror qruplarının üzvlərini cəlb etməklə həyata keçirir. Bu sırada Livan erməniləri öndə gəlirlər. Son günlər yayılan xəbərlərdə avqustun əvvəlində Livanın paytaxtı Beyrutda baş verən yüzlərlə insanın ölümünə və ölkə iqtisadiyyatının ağır zərbə almasına səbəb olan dəhşətli partlayışlardan sonra bu ölkədən Qarabağa köçənlərin olduğu deyilir. Ermənistanın yaranmış vəziyyəti fürsət hesab edərək Livan ermənilərini Qarabağa gətirməyə çalışdığı bildirilir. 
Livan hökuməti isə Azərbaycanın bir ay öncə Livana göndərdiyi 1 milyon dollar yardımı belə nəzərə almayaraq öz vətəndaşlarının işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsinə mane olmur. 1 milyon dollar ianə verdiyimiz Livan hökuməti vətəndaşlarının Qarabağa köçürülməsinə niyə etiraz etmir?
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Livan ermənilərin sıx məskunlaşdığı və böyük icmaya sahib olduğu dövlətlərdən biridir. Bu ölkədə ermənilər, erməni icması hökumətə təsir edə bilirlər. Seçkilərdə erməni vətəndaşların səsi nəticələrə təsir edə bilir. Eyni zamanda Livanda idarəetmə orqanlarında da ermənilər yerləşə biliblər. Bütün bu və digər səbəblərdən Livan dövləti ilə Ermənistan arasında həmişə yaxınlıq müşahidə olunur. Eyni zamanda Livan hökuməti öz vətəndaşlarının işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz köçməsinə göz yumur. Hətta Livanın bəzi rəsmi dairələri bu prosesə şərait yaradıb dəstək də verə bilirlər: “Ermənilərin Livanda çoxluğu, yuxarıda qeyd etdiyim üstünlükləri bu ölkənin Azərbaycanın etdiyi yaxşılığı belə gözardı edə bilməsi üçün yetir. Livan-Ermənistan dostluğu Qarabağ müharibəsinin ilk vaxtlarından olub. Bu ölkənin vətəndaşları olan ermənilər Ermənistanın Azərbaycana qarşı işğal müharibəsində yer alıblar və Qarabağda ölkəmizə qarşı terror müharibəsində aktiv olublar. Hətta ən çox qəddarlıqları da Livan ermənilərinin həyata keçirdiyi o zamanlar deyilirdi. Beyrutda partlayışın ağır nəticələri işğalçı Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi üçün işğal olunmuş ərazilərə terror qrupları, erməni ailələri yerləşdirmək fürsəti verib. Azərbaycanın işğal olunmuş ərazilərində qondarma separatçı rejim Livan ermənilərinə yardım paketləri göndərib və separatçı rejimin başçısı Araik Arutunyan Livanda Klikiya erməni katolikosu I Armanla əlaqə saxlayaraq 150-yə yaxın erməni ailəsinin Qarabağa köçürülməsini təklif edib. Köçəcək ermənilərə hər cür şəraitin yaradılması vədini verib.
Livan ermənilərinin Qarabağa köçünü dayandırmağın yolu
Bu təklif katolikos tərəfindən müsbət qarşılanıb. Qeyd edim ki, kilsənin təlimatları ermənilər üçün daima əsas olub və məhz Qarabağda yerləşdirilən ermənilər kilsə tərəfindən koordinasiya edilib. Əlbəttə ki, Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi bundan əvvəlki zamanlarda da olub. Lakin məhz son hadisədən sonra indi xəbərlər yayılır ki, Qarabağa Livandan ermənilərin köç prosesi başlayıb. Yenidən Livan ermənilərinin Qarabağa köçürülməsi isə burada yeni terror qruplaşmasının yaradılmasına gətirib çıxara bilər. ”ASALA" terror təşkilatının yenidən dirçəlməsi və bu təşkilatın Qarabağda yeni təlim düşərgələri açması və fəaliyyət göstərməsi üçün geniş imkanlar var. Beynəlxalq münasibətlər sistemində gərginliyin artması, ermənilərin yenidən “ASALA”nı dirçəldərək, Azərbaycan və Türkiyəyə qarşı terror hücumları keçirməsi mümkündür. Biz Tovuz hadisələrində ABŞ-da “ASALA”nın fəaliyyətinin şahidi olduq".
Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”
Məhəmməd Əsədullazadə
Politoloq qeyd etdi ki, Azərbaycan işğal olunmuş ərazilərinə qanunsuz köçürülmə ilə bağlı həm beynəlxalq təşkilatlara, həm də Livan hökumətinə müraciət edib xəbərdarlığını bildirməlidir: “Bu xəbərdarlıqdan sonra da köçürülmənin qarşısı alınmasa, Azərbaycan işğal olunmuş bu ərazilərdə hərbi obyektləri və infrastrukturları vurmalıdır. Zərbələr endirilməlidir ki, Qarabağda hazırkı vəziyyətdə yaşamağın təhlükəli olduğunu bütün dünya erməniləri bilsinlər. Bu gün isə göründüyü kimi, ermənilər o qədər arxayındırlar ki, Qubadlıda, Zəngilanda qəsəbələr salıb, xaricdən erməni ailələrini bu ərazilərə köçürürlər.
Bakı Xəbər - İctimai Siyasi Qəzet
Bu, Qarabağ danışıqlarında Azərbaycana qarşı mesajdır ki, biz bu ərazilərdən çıxmaq istəmirik və sülh danışıqlarında maraqlı deyilik. Ermənilərin bu arxayınlığını Azərbaycan çox asanlıqla pozmaq imkanındadır. Raket zərbələri buna yetir. Ermənilər beynəlxalq hüququ heçə sayırlar. Ona görə də Azərbaycan Ermənistanla beynəlxalq hüquq dilində danışmamalıdır. Ermənistanla güc dilində danışmalıdır və ciddi zərbələr vurulmalıdır. Ermənistanın məskunlaşma siyasətinin qarşısı alınmalıdır”./“Yeni Müsavat”/

Tarix: 9-09-2020, 07:56
Xəbəri paylaş



Xəbər lenti