"Kremli qorxudan birliyə digər türk dövlətləri də qoşula bilər” - GƏLİŞMƏ

Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın hərbi müttəfiqlik səviyyəsinə qaldırılması barədə son vaxtlar təkliflər tez-tez səslənir.
Cənubi Qafqazda yaranmış geosiyasi durum sözügedən ittifaqın yaranmasını aktual məsələyə çevirib. Azərbaycan bununla bağlı rəsmi mövqeyini hələ bildirməyib. Lakin Rusiyanın son vaxtlar Ermənistana hərbi dəstəyini artırması və cəbhə xəttində vəziyyətin gərginləşməsi fonunda Azərbaycan Türkiyəyə yaxınlaşmağa başlayıb. Siyasi ekspertlər artıq Cənubi Qafqazda Rusiya-Ermənistan ittifaqına qarşı Azərbaycan-Türkiyə alyansının formalaşdığını bildirir.
Bu isə bölgədə hərbi və geosiyasi balansı dəyişə bilər. Ona görə də son günlər Rusiya rəsmiləri Azərbaycana dostcasına jestlər etməklə rəsmi Bakının Türkiyə ilə münasibətlərində məsafə yaratmağa nail olmağa çalışır. Cənubi Qafqazda baş verən son proseslər isə Türkiyənin xeyrinə cərəyan edir. Gürcüstanda NATO-nun “Layiqli Tərəfdaş 2020” hərbi təlimləri keçirilir. Təlimlərdə Gürcüstan, ABŞ, İngiltərə, Polşa və Fransadan 2700-dən çox hərbçi iştirak edəcək. Bu tədbirin Gürcüstan silahlı qüvvələrini NATO sisteminə uyğunlaşdırılmaq məqsədi daşıdığı bildirilir.
Əslində, hərbi sınaqlar Gürcüstanın 2021-ci ildə NATO üzvlüyünə qəbul olunmasına hazırlıq məqsədi daşıdığı güman edilir. Gürcüstanın NATO-ya daxil olması onunla həmsərhəd olan Türkiyənin Cənubi Qafqaza daxil olmasını asanlaşdırır. ABŞ-ın NATO-nun Gürcüstanda və Cənubi Qafqazdakı missiyasını Türkiyəyə həvalə etdiyinə dair məlumatlar var. Əgər Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqlik sazişi imzalansa, o zaman bu təhlükəsizlik zolağı Qara dənizdən Xəzər dənizinə qədər uzana bilər. Bu da Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın qərb, şimal, cənub və qərb istiqamətindən Türkiyə, Gürcüstan və Naxçıvan da daxil olmaqla Azərbaycan üzərindən əhatəyə alınması deməkdir. Belə bir situasiyanın yaranması Rusiyanın Cənubi Qafqazdakı hegemonluğunun qarşısını ala bilər.
Ancaq Azərbaycan-Türkiyə ittifaqının təşkili mexanizmləri konkret göstərilməyib.
“Bu əməkdaşlıq böyük nəticələrə gətirib çıxara bilər"
Politoloq Qabil Hüseynli hesab edir ki, sözügedən formatı ikitərəfli müqavilələr yolu ilə yaratmaq olar: "Türkiyə ilə Azərbaycan arasında hazırda “Yüksək Strateji Əməkdalıq Haqqında" müqavilə var. Bu müqavilə əsasında ildə bir dəfə dövlət başçıları görüşür və iki ölkə arasında münasibətləri necə formalaşdırmağın yollarını müəyyənləşdirir. Bu hələ aşağı səviyyəli müqavilə hesab edilə bilər. Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqlik haqqında və ya hərbi-siyasi müttəfiqlik haqqında sazişə də ciddi ehtiyac var. Mən belə bir müqavilə üzərində iş aparıldığını eşitmişəm. Amma bunun necə olacağı barədə dəqiq məlumat yoxdur. Ümumiyyətlə, belə bir müqavilə mütləq imzalanmalıdır. Azərbaycan və Türkiyə həm də Türk dövlətləri Əlaqələndirmə Şurasının sədridir, onun üzvüdür. Bu şuranın təsir dairəsini də genişləndirmək olar. Hesab edirəm ki, Türk Dövlətlərinin Əlaqələndirmə Şurasını Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyi formatına bənzər şəkildə siyasi dizayn etmək olar. Üstəlik, Türkiyə tərəfi Turan ordusu ideyasını irəli sürüb. Bu gün həmin təklif kifayət qədər aktual görünür. Ruslar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını yaradırsa, Türkiyə də Turan ordusunun təşkili istiqamətində iş aparır. Azərbaycan da bu birliyin təşkilati və hüquqi əsaslarının işlənib hazırlanmasına diqqət yetirə bilərik. Nəticə etibarı ilə Turan ordusu ideyası yavaş-yavaş reallaşmağa doğru addım ata bilər. Rusiyanın qorxduğu ən böyük təhlükə Türkiyənin Azərbaycanla hərbi müqavilə imzalamasından sonra türk dünyasının digər ölkələri ilə də analoji saziş bağlamasıdır. Amma bu, mütləq baş verəcək. Bəzi ölkələrdə ümumtürk şüurunun, türk kimliyinin sürətlə getdiyini demək mümkün deyil. Bəzi ölkələrdə isə bu fərqlidir. Məsələn, Özbəkistanda türkçülüyə dönüş istiqamətində böyük dəyişikliklər həyata keçirilir. Qazaxıstanın özündə Nazarbayevin prezidentliyi dövründə bu proses daha sürələ gedirdi. Son vaxtlar səngisə də yenə davam edir. Yəni türk dünyasının birləşdirilməsi istiqamətində ciddi işlər görülür. Bu proses şantajla qarşılansa da həyata keçirilir.
Rusiya buna əngəl törədə bilməyəcək.
Çünki Rusiyanın kifayət qədər daxili problemləri var.
Üstəlik, Rusiya Qərbin təhdidi altındadır.
Türkiyə əgər Suriyada, Liviyada Rusiya təsirinə qarşı mübarizə aparırsa, tarixən nəzarət etdiyi Cənubi Qafqazda da bu baş verəcək. Mən əminəm ki, Türkyənin strateji maraqları Suriya və Liviyadan öncə Azərbaycandan və Cənubi Qafqazdan keçir. Rusiya amilini şişirtmək lazım deyil. Rusiyanın bir sıra silahları müasir hərbi əməliyyatların tələblərinə cavab vermir. Yeni dünya düzəni qurulmaqdadır. Bu nizamın qurulmasında Türkiyənin və Azərbaycanın əməkdaşlığı böyük nəticələrə gətirib çıxara bilər".
“Gələn il Azərbaycan türk qoşunlarını yerləşdirə bilər”
Qabil Hüseynli bildirdi ki, Türkiyənin Cənubi Qafqazda geostrateji mövqelərini möhkəmləndirmək üçün Azərbaycan ərazisində hərbi bazalara yerləşdirməsi daha məqsədəuyğundur: "Azərbaycan qanunvericiliyinə dəyişiklik edilməli, Türkiyə hərbi bazalarının ölkəmizin ərazisində yerləşdirilməsi təmin edilməlidir. Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddəti 2021-ci ildə başa çatır. Bundan sonra Azərbaycan ərazilərinə Türkiyə hərbi bazalarını yerləşdirə bilər. Fikrimcə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Qars müqaviləsindən və Muxtar Respublika statusundan istifadə edib öz ərazisində türk qoşunlarının yerləşdirilməsi barədə qərar çıxara bilər".
Tarix: 8-09-2020, 09:43
-
Dünən, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Dünən, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Dünən, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Dünən, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Dünən, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Dünən, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Dünən, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Dünən, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Dünən, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Dünən, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Dünən, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Dünən, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Dünən, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Dünən, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Dünən, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Dünən, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Dünən, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
8-09-2026, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
8-09-2026, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
8-09-2026, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
8-09-2026, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
8-09-2026, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
8-09-2026, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
8-09-2026, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
8-09-2026, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
8-09-2026, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
8-09-2026, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
8-09-2026, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO