"1-cisi Haykanuşun uşaqları, 2-cisi İvanın uşaqları, 3-cüsü Daranın uşaqları, 4-cüsü Sorosun uşaqları...”
“Bunlar ölkədəki vəziyyəti Azərbaycan dövlətinin varlığının sual altında qalmasınadək gərginləşdirməyə çalışırlar... Məqsədləri Azərbaycanı 4 qonşu dövlət arasında bölməkdir...”
“Əgər Türkiyə ordusu ölkəmizdə qalmayacaqsa, Azərbaycan dövlətinin mövcudluğu doğrudan da sual altında qalacaq...”
“Azərbaycana 4 istiqamətdən hücum var: birincisi - Haykanuşun uşaqları, ikincisi - İvanın uşaqları, üçüncüsü - Daranın uşaqları, dördüncüsü - Sorosun uşaqları...”
“Bu sadalanan qüvvələr Türkiyənin ayağını Azərbaycandan kəsmək ötrü birləşiblər. Və məndə olan məlumata görə, bu məqsədlə yaxın bir ayda,- bəlkə də sentyabrın sonunadək ölkəmizə qarşı nəsə genişmiqyaslı bir təxribat hazırlayırlar...”Tanınmış politoloq, istiqlalçı deputat Cümşüd Nuriyev Moderator.az-a son geniş müsahibəsində Azərbaycanda və regionda yaranmış son vəziyyətlə bağlı maraqlı açıqlamalar verib.
Saytımızı izləyin!..Sultan Laçın
Tarix: 4-09-2020, 20:48