Ramiz Mehdiyev
Xəbər portallarında yayılan məlumata görə, AMEA prezidenti, akademik Ramiz Mehdiyev öz əmisi oğlu, dosent Əli Mehdiyevin Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) balansında fəaliyyət göstərən Aqromexanika Elmi Tədqiqat İnstitutuna direktor təyin etdirmək istəyib. Və bu istəyə müsbət cavab verilib.
Məlumatda Əli Mehdiyevin rektor İbrahim Cəfərovun ən yaxın dostlarından biri olduğu və rektorun illərdir ki, məhz bu şəxs vasitəsilə PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevə bağlandığı iddia edilir (Aktualinfo.org).
İbrahim Cəfərov
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Bizimyol.info-ya açıqlamasında bildirib ki, məqalədə yazılanların əsası yoxdur və ADAU nəzdində fəaliyyət göstərən Aqromexanika Elmi Tədqiqat İnstitutuna heç bir yeni rəhbər təyinatı olmayıb.
Vüqar Hüseynov
Ramid İbrahimov
Tarix: 4-09-2020, 13:40