Moskvanın Bakıya qarşı “cavab addımı”... - ŞƏRH

“Atlas” Araşdırmalar Mərkəzi Rusiyanın “Nezavisimaya qazeta” nəşrində Azərbaycanla bağlı dezinformasiya siyasətini şərh edib. Modern.az saytı həmin şərhi təqdim edir:
- Rusiyanın “Nezavisimaya qazeta” qəzetində yayınlanan məqalədə iki tezis ortaya qatılıb. Birincisi, guya 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçü Azərbaycana gətirilib. İkincisi, Türkiyənin Naxçıvanda döyüş təyyarələrindən ibarət gücləndirilmiş hərbi bazası var.
Türkmən əsilli suriyalı döyüşçülər bu gün elə öz vətənlərinə və Türkiyəyə lazımdırlar ki, PKK və onu törəmə təşkilatlarıyla mübarizəni davam etdirsinlər. Onları bu müqəddəs işdən ayırmaq olmaz. Bunu Moskvada da anlayırlar. Ermənistan hakimiyyəti ordusuna rəsmən muzdluları toplamağa çalışır. Bu bir dövlətin ordusunun hansı vəziyyətdə olduğunu göstərir. Görünür, erməni lobbisi və Moskvada onlara bağlı mərkəzlər “Azərbaycan da Suriyadan muzldlu toplayır” gedişi ilə bizə cavab verdiklərini zənn edirlər.
Azərbaycan Müdafiə Nazirliyi qəzetdə yazılanları təkzib edib və məqalə müəllifini sifariş yerinə yetirməkdə ittiham edib. Sifarişin elə Kremldən verildiyini aydındır. “Nezavisimaya qazeta”ya dövlət əhəmiyyətli sifarişli yazılar əsasən Kremldən ötürülür. Bunu Rusiyanın ekspert dairələrində bilməyən yoxdur. Bəs bu yazı nəyə xidmət edir?
Moskva Bakının “sərhəddəki insidentdən sonra Ermənistana nə məqsədlə 400 ton yük daşımısız” iradına “Nezavisimaya qazeta” vasitəsilə cavab verib ki, “Siz də Türkiyənin hərbi bazalarına yaşıl işıq yandırırsız”. Müdafiə Nazirliyinin bəyanatında belə bir cümlə var: “Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur”.
Həmin məqaləni yazdıran sifarişçiyə Bakının elə bu təkzibi lazım idi. Yazıdakı tezislər təkzib edilməklə yanaşı Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafının labüd olduğu da vurğulanmalıydı. Çünki bir gün Türkiyənin həqiqətən Naxçıvanda hərbi bazası formalaşarsa ki, buna bizim tam haqqımız çatır, həmin məqalənin müəllifi deyəcək ki, bunu əvvəlcədən yazıb. Məqalə müəllifi yazıda bir neçə gün əvvəl Türkiyənin Bakıdakı səfirliyi qarşısında keçirilən mitinqdə səsləndirilən “Türkiyə ordusu Azərbaycanda qal!” şüarına istinad edib. Məqalə müəllifi şübhələnib ki, bu təşkil olunmuş mitinq idi Bəli, Azərbaycan cəmiyyətində “Türkiyə ordusu Azərbaycanda qal!” istəyini dilə gətirənlər az deyil və bunu artıq gizlətmək mümkün deyil.
Tarix: 2-09-2020, 16:54
-
Dünən, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Dünən, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Dünən, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Dünən, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Dünən, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Dünən, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Dünən, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Dünən, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Dünən, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Dünən, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Dünən, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Dünən, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Dünən, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Dünən, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Dünən, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Dünən, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Dünən, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
8-09-2026, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
8-09-2026, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
8-09-2026, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
8-09-2026, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
8-09-2026, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
8-09-2026, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
8-09-2026, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
8-09-2026, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
8-09-2026, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
8-09-2026, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
8-09-2026, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO