Lavrov hansı “ədalət”dən danışır? - TƏHLİL

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. XİN rəhbəri münaqişəsinin həllinə dair sənədlərdə ədaləti təmin edəcək məqamın olduğunu xüsusi olaraq vurğulayıb.
O deyib: “Sizi əmin edə bilərəm ki, həm erməni nümayəndələri, həm də azərbaycanlılar üçün ədaləti təmin edəcək bir məqam var”.
Maraqlıdır, bir müddət əvvəl danışıqlar prosesinin yeni formatda davam etdirilməsi təklifini qəbul etmədiyini deyən Rusiya XİN rəhbəri hansı məqamlara eyham vurur? Ümumiyyətlə, indiki halda hansı ədaləti təmin edəcək məqam ola bilər ki, bu, həm Ermənistanı, həm də Azərbaycanı razı sala bilsin?
Məsələni Azvision.az -a şərh edən politoloq Tofiq Abbasov deyib ki, əslində Sergey Lavrovun əvvəllər də səsləndirdiyi bir çox fikir və bəyanatlarda çaşqınlıq yaradacaq xeyli məqamlar olduğu üçün bu gün onun ağzından çıxan “ədalət məqamları” hələlik ciddi qəbul olunmamalıdır:
“Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sənədlərdə ədaləti təmin edəcək məqam var deyirsə, burada ilk növbədə ağıla gələn Azərbaycanın ərazi bütövlüyü olmalıdır. Ümumiyyətlə, Rusiya XİN rəhbəri bəzi hallarda açıqlamaları ilə özü bilərəkdən çaşqın vəziyyətlər yaradırdı. Onun əsas qayəsi ondan ibarət idi ki, erməni xalqına olan simpatiyası, loru dildə desək tərəfkeşliyi ört basdır edilsin. Stol üzərinə qoyulan sənədlərdə ədalətli prinsip ancaq ondan ibarət ola bilər ki, əgər müəyyən siyasi proseslərə qatılmaq məsələsində erməni icmasından söhbət gedərsə, orada Azərbaycan icmasının da səsi, rolu, iştirakı təmin edilməlidir. İkincisi isə uzun illərdir ki, həll olunmayan, nəinki region üçün, ümumilikdə dünya üçün təhlükəli problemə çevrilmiş münaqişənin həlli yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşmalıdır. Çünki bütün bu torpaqlar hansısa mübahisəli ərazi deyil, tarixən və beynəlxalq sənədlərlə də təsbit olunmuş Azərbaycanın sərhədləri daxilində mövcud olan bir bölgədir. Bütün beynəlxalq təşkilatlar, BMT, Avropa Parlamenti, ATƏT və digər dünyada söz sahibi olan beynəlxalq qurumlar yekdil formada ərazi bütövlüyünün toxunulmazlığını önə çəkiblər”.
Erməni tərəfinin ortaya atdığı qondarma ideya və təklif olan millətlərin öz müqəddəratını həll etməsi və s. kimi məsələlərin üçüncü, dördüncü dərəcəli müzakirə mövzuları olduğunu deyən politoloq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək status almaq imkanlarının olmasını da xatırladıb: “Bunu bu gün ədalət məqamından danışan Sergey Lavrov gözəl anlayır. Sadəcə olaraq bəzi hallarda reallığı ya danır, ya da qəbul etmək istəmir. Ona görə də məlum açıqlamada ədalət prinsipinin yalnız və yalnız bu iki məsələ ətrafında olmasında görürəm. Reallığı tək Lavrov yox, elə erməni tərəfi də gözəl görüb anlayır. Rusiya XİN rəhbəri yadına salsın ki, bu yaxınlarda onun özü münaqişənin həlli üçün imkanlardan danışanda anormal, yayındırıcı çıxışlar ilk olaraq Ermənistandan gəldi. Lavrov deyəndə ki, masa üzərində mərhələli şəkildə həll planı var, birinci olaraq o plana etinasızlıq göstərən onun erməni həmkarı Mnataskanyan oldu. Daha sonra isə Nikol Paşinyan ortaya absurd təkliflər qoydu, erməni icmasının danışıqlarda iştirakını vacib saydı. Yəni bu cür nağıl və əfsanələri danışmaqla müəyyən boşluqları doldurmağa, məsələni yenidən uzatmağa çalışdılar. Bu səbəbdən Lavrov artıq gah nala, gah da mıxa vurmasın. Ən azından bu onun imici üçün ayıbdır. Əgər bu adam özünü nəhəng dövlətin Xarici İşlər naziri sayırsa, məsuliyyətli davranmalıdır. Rusiya qlobal proseslərdə yaxından iştirak edən dövlətdir və Cənubi Qafqazdakı problemi özlərinin çapına uyğun deyil, nisbətən xırda məsələ sayırlar. Amma xırda görünən problemin çox böyük dağıdıcı potensialı var. Məhz Cənubi Qafqazdan yeni dünya müharibəsi başlaya bilər. Çünki erməni tərəfi regionda böyük bir münaqişə ocağını alovlandırmaq üçün ciddi cəhdlə hərəkətlər edir. Qısası, Rusiya kimi böyük dövlətin Lavrov kimi XİN rəhbəri olması bir çox hallarda bu cür ciddi problemin həllində çaşqın vəziyyətin yaranmasına gətirib çıxarır. Onun qeyri-müəyyən tərzdə öz fikirlərini ifadə etməsi ilə bağlı qısa bir xatırlatma edim. Baş diplomata sual ediləndə ki, əgər Azərbaycan öz daxili gücü hesabına işğal olunmuş ərazilərində antiterror əməliyyatlarına başlasa, regionda nələr baş verə bilər? Lavrov buna çox yönsüz bir cavab vermişdi. Guya ki, bu sual məntiqsiz idi... Əslində isə dediyim kimi özü məntiqsizlikdən çıxış edərək vəziyyəti çaşqın duruma yönəltmişdi. Bax, beləcə münaqişə qarşı tərəfin məntiqsiz, mənasız təklifləri və Rusiyanın da ritorikaları ilə süni şəkildə uzadılmaqda davam edir”.
Tarix: 1-09-2020, 21:28
-
Dünən, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Dünən, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Dünən, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Dünən, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Dünən, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Dünən, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Dünən, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Dünən, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Dünən, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Dünən, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Dünən, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Dünən, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Dünən, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Dünən, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Dünən, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Dünən, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Dünən, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
8-09-2026, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
8-09-2026, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
8-09-2026, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
8-09-2026, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
8-09-2026, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
8-09-2026, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
8-09-2026, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
8-09-2026, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
8-09-2026, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
8-09-2026, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
8-09-2026, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO