"Demokratların idarə etdiyi ABŞ şəhərlərində qarışıqlığı aradan qaldırmağın yeganə yolu güc metodudur".Cebhe.info xəbər verir ki, bunu Prezident Donald Tramp deyib.
Tramp bildirib ki, cinayətkarlıq faizinin yüksək olduğu bu şəhərlərdə vəziyyəti ancaq güc yolu ilə düzəltmək olar. Bundan başqa, Tramp Portlendin meri Ted Uileri xalqın qətlini sakitcə seyr etməkdə ittiham edib. O, meri
"dəli və sağ radikal" adlandırıb.
Tramp bildirib ki, Portlend və digər şəhərlərin sakinləri sabitlik, qayda-qanun istəyirlər, ancaq demokrat merlər bunu təmin edə bilmirlər.
Xatırladaq ki, Portlenddə ötən şənbə günü keçirilən aksiyalarda insan tələfatı olub.
Tarix: 31-08-2020, 09:15