Azərbaycan məsələsi Rusiya Təhlükəsizlik Şurasının müzakirəsində?



Xəbər verildiyi kimi, avqustun 28-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının(RTŞ) iclasını keçirib.
Musavat.com RTŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, videofomatda keçirilən qapalı iclasda baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə prezidentin nümayəndəsi Sergey İvanov iştirak ediblər.
Rəsmi məlumatda bildirilir ki, Rusiya gündəmindəki aktual daxili məsələlərlə yanaşı, Rusiya-Belarus əməkdaşlığı barədə ətraflı fikir mübadiləsi aparılıb.
Putin deyib ki, görüşdə Rusiya ilə “coğrafi yaxınlıqlarına görə qonşu olan dövlətlərlə” əlaqələrin inkişafına dair məsələlər də müzakirə ediləcək. Dövlət başçısına görə, “qonşu ölkələrlə münasibətlər inkişaf edir, amma bəzi əsas məsələləri qonşu dövlətlərlə razılaşdırmalı, tərəfdaşlarımızla qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün yanaşmaları işlətməliyik”.
Aydındır ki, qapalı toplantında daxili məsələlər dedikdə Navalnının zəhərlənmə diaqnozu ilə Almaniyaya aparılması da olması tam gözləniləndir. Əsas müzakirənin isə Belarusun daxili sabitliyi qorumaq və xarici müdaxilələrdən sığortalanmaq üçün Rusiyada güc yardımı istəməsi ola bilərdi. Rusiya Belarusda vəziyyətin gərginləşəcəyi təqdirdə qonşu ölkəyə güc yardımının hüquqi bazasını əsaslandırmağın qayğısına qalmalıdır. Çünki Luklaşenkonun məlum müraciətindən sonra Qərb Rusiyanın Belarusa mümkün hərbi müdaxilədən narahatdır.
RTŞ-nin gündəminə Putinin də dediyi kimi, coğrafi yaxınlığı olan dövlətlə bağlı müzakirələr də daxil edilibmişdi ki, bu, həm də Azərbaycanın maraqları ilə bağlı ola bilər. Məlumdur ki, Rusiyanın Ermənistanı yenidən silahlandırması Bakı ilə Moskva arasında gərginliklə müşahidə olunur. Avqustun 25-də müdafiə naziri Sergey Şoyqu Bakıda bu istiqamətdə müzakirələr aparıb. Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov da avqustun 26-da nazir statusunda ilk dəfə Moskvada səfərdə olub, rusiyalı həmkarı Sergey Lavrov görüşüb. Həmin görüşdən sonra isə Lavrov ermənistalı həmkarına zəng edib.
Aydındır ki, həm Şoyqunun, həm Bayramovun keçirdiyi görüşlərdə əsas müzakirə silah məsələsi olub. Şoyqunun Bakıda verdiyi izahat, guya Ermənistana yox, Gümrüdəki 102-ci bazaya taxta-şalban daşınması kimi izahatına Bakıda inanan olmayıb. Bu səbəbdən böyük ehtimalla, həm Şoyqu, həm Lavrov silah məsələsi ətrafında yaranmış gərginlklə bağlı Putinə və RTŞ üzvlərinə məruzə ediblər.
Qarabağ danılşıqlarının dala dirənməsi, Ermənistan rəhbərliyinin başıpozuqluluğu ucabatından sərhəddə də vəziyyətin müharibə həddində gərginləşməsi Moskvanı narahat etməlidir. Çünki münaqişənin həllində həlledici rol Rusiyaya aiddir. Rusiya isə bunların fonunda Ermənistanı silahlandırıması, Bakı ilə münasibətlərdə gərginlik yaranması Moskvanın maraqlarında deyil.
 
Tarix: 29-08-2020, 07:20
Xəbəri paylaş



Xəbər lenti