“Əgər 6 icra başçısı həbs olunubsa...” - Deputat İcra hakimiyyətlərinin ləğvindən DANIŞDI

Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sonuncu rəy sorğusu zamanı məlum olub ki, Azərbaycan əhalisinin yarıdan çoxu yerli İcra hakimiyyətlərinə etibar etmir.
Respondentlər arasında yerli İcra hakimiyyətinə etibar edənlər cəmi 46,2 faizdir. Sorğunun nəticələri ilə bağlı açıqlamada bu rəyin səbəbləri ilə bağlı məlumat göstərilməyib:
“Amma “Hansı sahədə daha çox islahatlara ehtiyac var” sualına cavab verənlərin yarıdan çoxu İcra hakimiyyətinin (53.7 faiz) adını çəkib. Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə İcra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir”-deyə STM-in açıqlamasında bildirilir.
Belə olan halda, İcra hakimiyyəti sistemi ləğv edilə bilərmi?
Eyni zamanda, İcra hakimiyyətlərinin yerində hansı qurum yaradılmalıdır?
Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc Modern.az-a açıqlamasında mövzuya münasibət bildirib.
“Referendum yolu ilə tənzimləmək olar”
Mərkəz sədri İcra hakimiyyətlərinin ləğv edilməsinin referendum yolu ilə mümkünlüyünü söyləyib:
“İcra hakimiyyətlərinin adının dəyişməsi və sairə məsələlər konstitusion məsələlərdir. Onları yalnız referendum vasitəsilə tənzimləmək olar. Həmçinin, bu kompitensiya olaraq ölkə rəhbərinin səlahiyyətləri çərçivəsindədir”.
“Əgər kimsə suallara fərqli cavab verirsə...”
Zahid Oruc bildirib ki, iki icra başçısının təyinatı zamanl ölkə rəhbərinin konkret olaraq ali İcra hakimiyyəti orqanının rəhbəri kimi yerlərdə bilavasitə hüquqi cəhətdən təmsil edən şəxslərdən nələri tələb etdiyi bəlli oldu:
“İlk növbədə sosial- iqtisadi inkişaf, investisiyaların cəlbi, sahibkarlıq mühitinin genişləndirilməsi, ardınca hüquqi aktların və sərəncamların verilməsi zamanı şəffaflıq və antikorrupsiya tədbirlərinin gözlənilməsi çox önəmlidir. Daha sonra isə əhali ilə sıx təmaslar birbaşa onlarla dialoq mühitinin bərqərar olması istənilir. Görünən mənzərə bundan ibarətdir ki, bəzən bizim vətəndaşlarımızın tədqiqatlarda yer alan rəyləri belə, bir sıra hallarda media məkanlarında süngü ilə qarşılandığına şahidlik edirik. Halbuki, respondentlərə bütün metodların ən incə və xüsusi tərəflərini təsdiq edərək vətəndaş mövqelərini ümumiləşdirməyə çalışırıq. Bu zaman biz onların əvəzindən mövqe söyləmirik. Belə demək olarsa, barometr olarkən onların vətəndaş düşüncələrini alırıq. Konkret olaraq kimsə ona yönəldilmiş suallara fərqli cavab verirsə, bu STM-nin problemi olmur”.
“Həmin bölgələri inkişafdan məhrum edir”
Deputat İcra hakimiyyətlərində olan real mənzərəni də açıqlayıb:
“Real mənzərə ondan ibarətdir ki, İcra hakimiyyətlərinə yerlərdə münasibət mənfidir. Bəlli səbəblərdən ötən illər ərzində buna əsaslar yaranıb. Ölkə rəhbərinin qeyd etdiyi kimi, onların korrupsiyaya yuvarlanması, keçilməz həddə çevrilən bürokratik zireh, sahibkarların kütləvi olaraq müxtəlif açıq və gizli tələblərin altında qalması, büdcə vəsaitlərinə əllərinin uzadılması, bu vasitə ilə təhsil və səhiyyə sektorunun İcra hakimiyyətlərinin mühüm gəlir yerinə çevirməsi həmin bölgələri inkişafdan məhrum edir.
33 rayon özü maliyyələşdirmə rejimində fəaliyyət göstərə bilir. Hesab edirik ki, cənab prezident nüfuzlu xüsusi inkişaf etmiş, cəmiyyətdə yaxşı dayaqlara malik olan və onun idarəçiliyinə müsbət xallar gətirən güclü İcra hakimiyyətləri sistemində maraqlıdır. Təəssüf ki, bu yöndə ötən illər ərzində görülən tədbirlər arzuolunan nəticələri verməyib. O üzdən “hansı yeni modellər tətbiq oluna bilər” sualına gəlincə, düşünürəm ki, islahatların ən mühüm hədəflərindən biri bu olacaq”.
“Biz bunu sorğularla müşahidə edirik”
Zahid Orucun sözlərinə görə, bölgələrdə həmin başçıların fəaliyyətindən narazılıq vardı:
“Bununla bərabər, görünən mənzərə odur ki, əgər 6 icra başçısı həbs olunubsa, onların təmsil etdiyi bölgələr üst-üstə götürdükdə 700-800 min insanı əhatə edir. Bunun kifayət qədər böyük rəqəm olduğunu düşünün. Demək ki, o bölgələrdə insanlar həmin adamların fəaliyyətindən kəskin şəkildə narazı olurdular. Biz bunu sorğular zamanı müşahidə edirik”.
Tarix: 28-08-2020, 13:54
-
Dünən, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Dünən, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Dünən, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Dünən, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Dünən, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Dünən, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Dünən, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Dünən, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Dünən, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Dünən, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Dünən, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Dünən, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Dünən, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Dünən, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Dünən, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Dünən, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Dünən, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
8-09-2026, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
8-09-2026, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
8-09-2026, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
8-09-2026, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
8-09-2026, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
8-09-2026, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
8-09-2026, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
8-09-2026, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
8-09-2026, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
8-09-2026, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
8-09-2026, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO