Rusiya və Azərbaycanın XİN başçıları görüşdü


Rusiya və Azərbaycanın XİN başçıları görüşdü -       VİDEO
Görüşün yalnız protokol hissəsi mətbuat üçün açıq olub
 
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçirilib. AYNA-nın APA-ya istinadən məlumatına görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş ilkin olaraq təkbətək formatda keçirilib.
 
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
 
Görüşün yalnız protokol hissəsi mətbuat üçün açıq olub. Yekunlarla ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
 
Qeyd edək ki, görüşdən əvvəl Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfəri çərçivəsində Moskvada Naməlum Əsgərin məzarını ziyarət edib və əklil qoyub.

Tarix: 26-08-2020, 14:16
Xəbəri paylaş



Xəbər lenti