"Niyə düşmən Qarabağda açıqladığı planlarının çoxunu həyata keçirir, amma biz bir qərinədir, yerimizdə sayırıq?.."
Qəsbkar və separatçı ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında 5 il ərzində hər il 1000-dək mənzil tikməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu haqda işğalçı Ermənistan saytları Xankəndidəki separatçı kriminal rejimin iqtisadiyyata nəzarət edən qanunsuz qurumuna istinadla məlumat yayıb.
“2020-2025-ci illər üçün Artsaxda "Hər ailəyə ayrıca mənzil" “prezident” proqramına əsasən ildə 1000-ə qədər mənzilin tikilməsi planlaşdırılır. Proqram hazırlanır, lazımi vəsaitin miqdarı hesablanır...”- torpaqlarımızda faktiki fəaliyyət göstərən erməni qurumunun açıqlamasında belə deyilir.
P.S. Qarabağda 2025-ci ilədək 5 min mənzil tikilməsinə imkan verəcəyikmi?.. Yoxsa elə populist bəyanat və çıxışlar, mənasız danışıq və görüşlərlə daha 5 ili güdaza verəcəyik?..
P.P.S. Nəyə görə işğalçı ermənilər torpaqlarımızda açıqladıqları planlarının çoxunu həyata keçirir( futbol çempionatı deyirlər- keçirirlər, ümumerməni oyunları keçirirlər, “prezident” “seçki”ləri deyirlər – keçirirlər, yeni yollar çəkəcəyik deyirlər- çəkirlər, yeni evlər tikəcəklərini deyirlər- bacardıqlarını tikirlər və s.), fəqət, biz heç olmasa təmas xəttinə yaxın Ağdamdakı, Füzulidəki, Kəlbəcərdəki halalca hüquqi torpaqlarımızın bir kəndini belə azad edə bilmir, 25 ildən çoxdur, bir qərinədir, yerimizdə sayırıq? Ona görə ki, düşmənin planlarına adekvat, sistemli, prinsipial mübarizə planları qurub onları icra edə bilmirik və ya, sadəcə, bunları etmək istəmirik... Sultan Laçın
Tarix: 21-08-2020, 08:41