“Rusiyanın ta daxildən özü parçalanıb yerə yıxılmayanacan əsəbləri ilə oynamaq təhlükəlidir”


"Az əvvəl Belorusiya hadisələri İlə əlaqədar fikirlərimi qısa olaraq bölüşmüşdüm. Məni tələsik qərara görə şərhçilərdən tənqid edənlər də oldu. Bəzi "böyük" siyasilər isə artıq təzə kostyom-şalvar tikdirmək üçün ustaya sifariş də vermişdilər. Onların dəyişməz rəyinə görə hər şey bitmək üzrə idi və Minskdən başlanan azadlığın və demokratiyanın küləyi ilkin olaraq təsirini Azərbaycanda göstərməsi qaçılmazdır. Avropa İttifaqı yerindən tərpəşənə kimi Rusiya ordusu Belorusiyaya daxil oldu. Gözümüz açıb gördük ki, meydanlarda bir seyrəlmə gedir. Bu qədər hadisələr baş verir, yenə tərsliyimizdən reall nəticələr üzərində işləməyə ərinirik. Xalqı bərli-bəzəkli məsələlərlə yükləməkdən sanki həzz alırıq. Bacardığımız bu qədərdir. Rusiya Azərbaycana böyük düşmənçiliklər edib”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ehtiyatda olan polkovnik Eldar Sabiroğlu deyib.
 
E.Sabiroğlu bildirib ki, Rusiya qorxulu düşməndir: “Ordusunu buralara da soxa bilər. Bizə lazımdırmı? Yox. Dövləti və hakimiyyəti qorumaq üçün İlham Əliyevin dünyanın güclü hökumətləri içərisində 2-ci yeri bölüşən Rusiya ilə aşıq-aşıq oyunu oynaması mümkün deyil. Ta daxildən özü parçalanıb yerə yıxılmayanacan onun əsəbləri ilə oynamaq təhlükəlidir. Rusiya Azərbaycan iqtidarı ilə dost olsa da, xalqımıza qarşı düşmən münasibəti əsrlərin dərinliklərinə dayanır. Rusiya Minski əldən vermiş olsa idi, NATO öz mənzil-qərargahını onun qulağının dibinə köçürərdi ki, bu da son hesabla Rusiyanın dağılmasını sürətləndirərdi. Rusiya buna heç vaxt getməzdi...”
Tarix: 18-08-2020, 09:39
Xəbəri paylaş



Xəbər lenti