Müxalifət lideri: “Biri-birimizə dəstək ifadə edək, fərqli mövqelərimizi də ortaya qoyaq” “Avropalı Gürcüstan” Partiyası “Vahid Milli Hərəkat”ın tək partiyalı hakimiyyət yaratmaq cəhdinə qarşı çıxacaq”. AYNA xəbər verir ki, bu sözləri “Avropalı Gürcüstan” Partiyasının liderlərindən olan Qiqi Uqulava deyib.
O bildirib ki, “Vahid Milli Hərəkat”ın Mixail Saakaşvilini Baş Nazir kimi namizəd göstərmək hüququ var: “Sizin bir partiyalı idarəetmə barəsində danışmağa da və xəyal qurmağa da hüququnuz var. Aydın məsələdir ki, “Vahid Milli Hərəkat” olmadan parlamentdə koalisiya yarana bilməyəcək. Buna görə də, biri-birimizə dəstək ifadə edək, fərqli mövqelərimizi də ortaya qoyaq. Lakin təkcə “Vahid Milli Hərəkat”ı dəstəkləmək Saakaşviliyə üçüncü dəfə müddət vermək deməkdir. “Avropalı Gürcüstan”ı dəstəkləmək isə Avropa Koalisiyasına imkan yaratmaq deməkdir”, Uqulava söyləyib.
Tarix: 17-08-2020, 08:52