"Hələ heç bir diktator öz xoşu ilə hakimiyyəti tərk etməyib" - Arif Hacılı




"Lukaşenko dəfələrlə deyib ki, xalq get desə gedərəm. Bu gün Belorus xalqı tarix yazdı, Lukaşenkoya get dedi. Özü də yüksək səslə dedi. Öz xoşu ilə gedəcəyinə isə inanmıram".

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı qeyd edib ki, hələ heç bir diktator öz xoşu ilə hakimiyyəti tərk etməyib: "Amma, xoş ya zor ...gedəcək. Bütün diktatorlar tarixin qaranlığına gömüləcək".
Tarix: 16-08-2020, 20:58
Xəbəri paylaş



Xəbər lenti