Sabiq deputat Etibar Hüseynov Azərbaycanın Livana yardım etməsi məsələsinə münasibət bildirib.
Pravda.az-ın xəbərinə görə, E.Hüseynov Azərbaycanın bu addımını “Özünü sevdirmək” adlandırıb.
“Bir anlıq təsəvvür elə ki, suda boğulursan; və bu vaxt da sənə əlini, uzun illərin dostu deyil, düşmən bildiyin birisi uzadır. Bax, Azərbaycanın da Livana etdiyi yardımın arxasında bu məqsəd dayanır. Özünü sevdirməyin bundan yaxşı yolu? Deyirlər ki: Livan bizim düşmənimizdi, ermənilərin dostu. Bəs Livan səni niyə sevməlidir, nədən sənə dost olmalıdır? İndiyə qədər bunun üçün nə etmisən? Heç bu haqda düşündünmü?” – E.Hüseynov qeyd edib.
Tarix: 6-08-2020, 09:24