İşğalçı Ermənistana silah satmasına bəraət qazandıran ölkə rəhbəri nələri unudur - mühüm detallar

Serbiya prezidenti Aleksandr Vuçiçin ölkəsi tərəfindən işğalçı Ermənistana silah satıldığını etiraf etməsi ortaya yeni müzakirə mövzusu çıxarıb. Xəbər verildiyi kimi, serb prezident qeyd edib ki, silah satışı hərbi istehsal sahəsinin uğurunu təmin edən yeganə variantdır. “Həm Azərbaycan, həm də Ermənistan bizim dostlarımızdır. Son illər biz Azərbaycana on dəfə çox silah satmışıq, amma nədənsə heç bir xəbər lenti bu barədə məlumat vermək istəmir. Hərbi sənayedə iş yerlərini qorumalı olan 17 min insan çalışır. Mən sizdən, prinsipial olaraq soruşuram: gələcəkdə biz kimə satacağıq? Kimə satırıqsa, kimsə həmişə narazı olacaq”, - deyə Aleksandr Vuçiç bildirib.
Serbiyanın Ermənistana silah tədarükü ilə bağlı faktlar Tovuzla sərhəddə gərginlik zamanı üzə çıxmışdı. Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə hücumları zamanı 12 hərbçi və bir dinc sakin həlak olmuşdu. Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd etmişdi ki, Ermənistan bu silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır, ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır, bu silahların terrorçuların əlinə keçməsi faktları da var. Ona görə də Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırırıq”.
Serbiya prezidenti isə “üzrü günahından betər” açıqlama verməklə faktiki olaraq işğalçı Ermənistana haqq vermiş oldu. Azərbaycana on dəfə (?!) çox silah satdığını iddia edən serb lider nədənsə unudur ki, Azərbaycan işğala, təcavüzə məruz qalan tərəf, Ermənistan isə qonşusunun ərazilərini 30 ilə yaxındır işğalda saxlayan ölkədir. Beynəlxalq qanunlar və prinsiplər işğalçıya qarşı sanksiya tətbiqini zəruri edir, silah satışını deyil, bunu da bilməsi lazım idi. Üstəlik, Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlamasını təsdiq edən çoxsaylı sənədlər, o cümlədən işğala son qoyulmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Silah sənayesində 17 min insanın çalışdığını “əsas” gətirən Aleksandr Vuçi görəsən düşünürmü ki, elə onun ölkəsinin göndərdiyi silahlarla Ermənistan Tovuz istiqamətində 11 hərbçimizi, 1 dinc sakini qətlə yetirdi?
Qeyd etdiyimiz kimi, Serbiya prezidentinin silah satışı ilə bağlı əsas mövqeyi oldu ki, Azərbaycana daha çox silah satmışıq. Amma Azərbaycan neçə illərdir hətta bir sıra dövlətlər və təşkilatlarla münasibətlərə xələl gələ biləcəyini bilsə belə, 2008-ci ildən müstəqilliyini elan edən Kosovonu müstəqil dövlət kimi tanımayıb. Üstəlik, bundan sonra Azərbaycan Prezidenti Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi və 4 mart 2008-ci ildə parlament Türkiyə sülhməramlılarıın tərkibində xidmət edən 34 hərbçimizin geri çağırılması barədə qərar verdi. Bundan əlavə, Azərbaycan dövləti Serbiyaya önəmli yatırımlar qoyan ölkələrdən biridir, təkcə son illərdə bu ölkədə yüksək keyfiyyətlə çəkilmiş yol infrastrukturunu xatırlamaq kifayət edər.
Ancaq görək Belqradın qucaq açdığı işğalçı Ermənistan bu ölkə üçün nə edib? Serbiyanın silah satdığı Ermənistan Kosovanın müstəqilliyini tanıyıb, orada əsgərlərini saxlayır. Üstəlik, Ermənistanın ianə ilə yaşaması gerçəklikdir. Bu ölkənin taleyi erməni diasporunun topladığı ianələrdən və Rusiyanın vaxtaşırı “kredit” adı ilə, əslində pulsuz-parasız göndərdiyi silahlardan çox asılıdır. Deməli, 17 min nəfərə maaş vermək istəyən serb prezidentin ac-yalavac Ermənistandan valyuta axını gözləməsi absurd olar. Belə olan halda Serbiyanın işğalçı Ermənistana silah satmasını necə izah etmək olar?
“Serbiyada bu gün daxili proseslərə nəzər salsaq və bu ölkənin xarici siyasi fəaliyyətini təhlil etsək, görərik ki, bu davranış düşünmürəm ki, bizi təəcübləndirməlidir”.
Bakı Politoloqlar Klubunun sədri, Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, politoloq Zaur Məmmədov “Yeni Müsavat”a açıqlamasında bunları söylədi. Siyasi şərhçinin sözlərinə görə, bu gün Serbiya dövləti ciddi şəkildə çağırışlarla üz - üzədir: “Hal-hazırda Brüsselin dirijorluğu ilə Serbiya və Kosovo arasında ərazi mübadiləsiylə bağlı qapalı danışıqlar davam etməkdədir. Rusiya Serbiya liderinin xarici siyasət davranışını çox həssaslıqla izləməkdədir”. O ki qaldı Azərbaycan və Serbiya arasındakı münasibətlərə, Z.Məmmədov qeyd etdi ki, Balkan dövləti ilə yalnız son bir neçə ildə münasibətlərdə yaxınlaşma yaranıb: “Lakin hər halda, bu gün iki ölkə strateji müttəfiq deyillər ki, hansısa məsələyə həssas yanaşılsın”. Bununla belə, politoloq rəsmi Bakının Kosovo məsələsindəki prinsipial mövqeyini xüsusi vurğuladı: “Kosovo məsələsində və bu kimi separatizm məsələlərində Azərbaycan xarici siyasəti daima ölkələrin ərazi bütövlüyünü tanıyır və ölkələrin daxilində separatizmin qanunsuz şəkildə büruzə verilməsinə qarşı çıxır. Bu gün Serbiya ondan daha çox hərbi texnika və silah-sursatın alınmasında maraqlıdır. Lakin Belqrad unutmamalıdır kı, seçim etmək lazımdır. Azərbaycan və Ermənistan münaqişə tərəfləridir və münaqişə ilə bağlı beynəlxalq hüquq tərəfindən Ermənistan işğalçı dövlət kimi tanınmaqdadır. Belə olan halda nəinki Serbiya, istənilən digər dövlət də işğalçı ilə hərbi əməkdaşlıqdan çəkinməlidir. Həmin ölkələr unutmamalıdırlar kı, ermənilər bu silahlar vasitəsilə dinc əhaliyə atəş açır, qadın və uşaqları qətlə yetirir”.
Siyasi təhlilçimizin dediyi kimi, Serbiya seçim etməlidir, gec də olsa. Əks halda ən azı bizim nəzərimizdə beynəlxalq hüququ pozan ölkələr siyahısında olacaq...
Tarix: 5-08-2020, 09:01
-
Dünən, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Dünən, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Dünən, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Dünən, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Dünən, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Dünən, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Dünən, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Dünən, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Dünən, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Dünən, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Dünən, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Dünən, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Dünən, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Dünən, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Dünən, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Dünən, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Dünən, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
8-09-2026, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
8-09-2026, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
8-09-2026, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
8-09-2026, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
8-09-2026, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
8-09-2026, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
8-09-2026, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
8-09-2026, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
8-09-2026, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
8-09-2026, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
8-09-2026, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO