Rusiya çox ağır durumda-məcburdur...


Rusiya çox ağır durumda-məcburdur...
Tanınmış hüquqşünas, Qarabağ qazisi, AJB-nin üzvü, publisit, politoloq Vüqar Dadaşov Türkiyə-Rusiya münasibətləri barədə maraqlı yazı ilə çıxış edib.
SNN NEWS.AZ həmin yazını olduğu kimi oxuculara təqdim edir.

 "Ermənistanın Azərbaycan ərazisində Tovuz rayonundakı təxribatdan sonra, daha doğrusu yeni Azərbaycan əraziləri tutmaq istəyinin baş tutmamasından sonra, real olaraq üzləşdiyi yəni, həm Beynəlxalq aləmdə təkləndiyi eləcədə, onları bu avantiyuraya  həvəsləndirən və təkid edən havadarlarının ermənilərə arxa durmaması və ən nəhayət Azərbaycan ərazisinə qardaş Türk ordusunun gələrək birgə geniş miqyaslı hərbi təlimlər keçirməsi Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin Dağlıq Qarabağ və ona bitişik 7 rayonun tezliklə azad olmasına inam yaradır.
Bu yerdə qeyd etmək istədiyim məqamlar Rusiya ilə bağlıdır. Qarabağın və digər ərazilərimizin işğalının ilk anlarından bizlərə eləcədə, dünya dövlətlərinə məlum idi ki, Azərbaycanın ərazilərini erməni görünüşü ilə işğal edən Rusiyadır. Qarabağ konflikti isə məhz Rusiya üçün-onun Cənubi Qafqazda mövcudluğunun təminatıdır. Qısası, Rusiya bu konfliktin həll olmasında heç bir halda maraqlı ola bilməzdi.
 Geosiyasi baxımdan dünyada nə baş verdi ki, Rusiya bu Qarabağ kartını Türkiyə ilə bölüşməli oldu?
Hesab edirəm ki, buna çoxlu amillər təsir etmişdir.
1-cisi, keçmiş SSRİ ərazisində dondurulmuş konfliktlərlə yanaşı son dövrlərdə Rusiyanın Gürcüstanın Abxaziyasını və Osetiyasını işğal etməsi, Ukrayna Krımının ilhaqı eləcədə, Ukraynanın Donetski və Luqanski əyalətlərinin işğalı onun-Rusiyanın işğalçı statusunun təkrar təsdiqi kimi,
2-cisi, Rusiyanın yaxın şərqə girməsi ilə qərb dövlətlərinin maraqlarının reallaşmasına əngəl olması,
3-cüsü, ABŞ və digər qərb ölkələrinin Venesuelada etdikləri dövlət çevrilişinin Rusiya amilinə görə baş tutmaması və ən nəhayət
4-cüsü, Avropanın enerji təhlükəsizliyinə və eləcədə alternativ təminatına əngəllər yaradan Rusiya özünə qarşı güc mərkəzlərinin birləşməsini qacılmaz etməsi nəticədə, Rusiya qarşı tətbiq edilən iqtisadi və siyasi sanksiyaların günü-gündən gücləndirilməsi ölkə daxilində sosial və siyasi vəziyyəti ağırlaşdırıb. Ölkədə durmadan artan xalq narazılığının pik həddə olması hərçənd ki, bu hadisələrin işıqlandırılmasına senzura tətbiq edilsə də, ardı-arası kəsilməyən mitinqlər ölkədə daxili sosial, iqtisadı vəziyyətin nə qədər ağır olmasının sübutudur. Vəziyyət o həddə çatıb ki, Rusiya dövlət büdcəsinə təkrar dəyişikliklər edərək hərbə və müdafiə xərclərinin azaldılması məcburiyyətində qalıb. Xatırladım ki, Rusiyada, Yeltsin hakimiyyətindən sonra təsdiq edilmiş hərb və müdafiə xərclərini ilk dəfə azaldılır. 
Bundan başqa, göründüyü kimi, yaxın şərqdə Rusiya-Türkiyə arasında geosiyasi maraqların qarşılıqlı  qəbulu və bölüşdürülməsi eləcədə, Türkiyə daxilində müəyyən iqtisadi maraqları (AES kimi, Türk Axını kimi nəhəng meqalahiyələrin və sair) olduğundan həmçinin Rusiyanın Türkiyəyə  gizli-NATO-nu parçalamaq kimi arzularının gerçəkləşdirə biləcək yeganə qüvvə hesab etməsi  eyni zamanda da, Türkiyənin Rusiya daxili türkdilli xalqlara təsirini, eləcədə Rusiyanın sahibi olduğu KTMK, Avrasiya, Gömrük birliklərində türk dövlətlərinini üzv olması kimi faktorlar Rusiyanın Türkiyə ilə hesablaşmasını  məcburiyyət edib. Sadalanlara əlavə etmək istədiyim isə ən axrıncı faktorlardan biri, Ermənistanda antirus ritorikası ilə hakimiyyətə gələn Paşinyanın qərb siyasəti və bu fonda isə Azərbaycanın Rusiyaya loyal münasibəti yuxarıda qeyd etdiklərimin səbəbindən Rusiya Türkiyə ilə Qarabağ məsələsində məcburən razılaşacağına inanmağa əsas verir.
 Sözün düzü mən, ona da inanıram ki, Rusiya belə aciz durumda qeyri-adekvat hərəkətlərə yol verə bilər.  Ancaq hesab edirəm ki, Rusiya Ermənistan və ermənilər üçün ağır riskli hərəkətlərə getməyəcəklər. Rusları narahat edən daha bir məqam isə, ermənilərin Rusiyanın cənubuna iddialı olacağına artıq inanmalarıdır. Çünki, Rusiya cənubunda artıq ermənilər yerli rusları sıxışdırıb çıxarıblar və faktiki olaraq özlərini Rusiya cənubunun sahibi görürlər. Ruslar üçündə erməni məsələsi artıq bir həll edilməz problemə çevrildiyindən çox güman ki, Ruslar Türkiyəni və Azərbaycanı daha asan anlaya biləcəklər."
SNN NEWS.AZ
Tarix: 3-08-2020, 20:10
Xəbəri paylaş



Xəbər lenti