Baxmayaraq ki, son vaxtlar Ermənistan-İsrail münasibətləri yaxşılaşır, xüsusilə də prezident Armen Sərkisyan cari ilin yanvar ayında İsrailə səfər edib, amma İsrail tərəfdən Azərbaycana hücum silahlarının tədarükünün davam etdirilməsi «problemi» həll olunmamış qalır.Bu barədə iyulun 29-da Ermənistanın xarici işlər naziri
Zöhrab Mnasakanyan «The Jerusalem Post» qəzetinə verdiyi müsahibədə bəyan edib.
Yerusəlim nəşri xatırladır ki, Azərbaycan İsrailin yaxın həmkarıdır. Bakı yəhudi dövlətinin istehlak etdiyi neftin
40 faizini tədarük edir, həm də ənənəvi olaraq, İsrail silahının -
pilotsuz uçan aparatların, raket komplekslərinin alıcısıdır.
Hələ 2016-cı ildə, iki Cənubi Qafqaz respublikası arasında
«Dördgünlük müharibə» (aprelin 2-4 tarixləri) qızışarkən, Azərbaycan tərəf İsraillə
5 milyard dollarlıq silah kontraktının olduğunu xəbər vermişdi.
«Azərbaycanla silah ticarəti ölümsaçandır, çünki Azərbaycan heç vaxt bu silahlardan mülki infrastruktura və dinc əhaliyə qarşı istfadə etməkdən çəkinmir. Biz, bu məsələ ilə ardıcıl məşğul olacağıq, o, hər zaman bizim gündəliyimizin ayrılmaz hissəsi olacaq - həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə. İsrail Azərbaycanla bu ölümsaçan biznesi dayandırmalıdır» - erməni diplomat qeyd edib.
Onun sözlərinə görə, bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində baş vermiş gərginlik «nə boş yerdə, nə də vakuumda» yer almayıb.
Mnasakanyan xatırladıb ki, iyul gərginliyindən az əvvəl Bakının hərbi-siyasi rəhbərliyi müharibə təhdidləri, Ermənistana ərazi və tarixi iddialar səsləndirib, eyni vaxtda ATƏT-in Minsk Qrupundan narazılığını ifadə edib.Yaxın günlərdə Azərbacanla sərhədin şimalında yaşanmış gərginlik zamanı guya erməni hərbçiləri tərəfindən bir neçə İsrail istehsallı pilotsuz aparatın vurulması barədə sualı cavablandıran erməni diplomat bildirib ki, döyüş fəaliyyəti Azərbaycana qarşı yönəlib və bu zaman silahın haradan alınması məsələsi əhəmiyyət daşımır.
Mnasakanyanın sözlərinə görə, guya, Ermənistan atəşkəs rejiminin davam etdirilməsinə hazırdır.AzPolitika.info
Tarix: 30-07-2020, 07:07