Rəsul Quliyevlə Qurban Məmmədov Sərdar Cəlaloğluna qarşı - SƏBƏB

Sosial şəbəkələrdə Avropada mühacirətdə olan hüquqşünas və siyasətçi Qurban Məmmədovla Amerikadakı siyasi mühacir, sabiq parlament sədri Rəsul Quliyevin yaxınlaşması xəbəri yayılıb. Bu məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, vaxtilə Azərbaycan Demokrat Partiyasında (ADP) təmsil olunan Rəsul Quliyev və Qurban Məmmədov bir-birinə düşmən olublar. Partiyadan ayrılan vaxt isə Rəsul Quliyevin Qurban Məmmədovun qardaşı, ADP sədri Sərdar Cəlaloğlu ilə mübahisəsi düşüb və münasibətləri pisləşib. Sonralar doğma qardaşlar Qurban Məmmədov və Sərdar Cəlaloğlunun da bir-biri ilə əlaqələri tamamilə kəsilib. İddia olunan odur ki, Rəsul Quliyevlə Qurban Məmmədovun yaxınlaşma səbəbi məhz Sərdar Cəlaloğluna qarşı olan ortaq düşmənçiliyidir.
Bu haqda Modern.az-a danışan ADP sədri isə məsələdən bixəbər olduğunu söyləyib. Sərdar Cəlaloğlu hər iki şəxslə əlaqəsinin olmadığını, onların fəaliyyəti ilə maraqlanmadığını vurğulayıb:
“Mənim Qurban Məmmədovla əlaqəm yoxdur, fəaliyyəti ilə də maraqlanmıram. Rəsul Quliyevlə Qurban Məmmədovun yaxınlaşması gülünc məsələdir. Rəsul Quliyev o vaxt bizimlə birlikdə olanda Qurban Məmmədovla münasibəti yaxşı deyildi. İndi əlaqələrini necə qurublar, kimə qarşı birləşiblər, bilmirəm. Rəsul Quliyevlə də qətiyyən əlaqəm yoxdur. Bilən bilir ki, illərdir münasibətimiz yaxşı deyil. Rəsul Quliyev bizdən ayrılmamışdan xeyli qabaq əlaqəmiz itib. Aydın Quliyev (ADP Ali Məclisinin keçmiş üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru-red.) və digər şəxslər Rəsul Quliyevlə münasibətlərimizi pozmuşdu. Rəsul ortaya atılan şayiəni, məsələni yoxlamadan, araşdırmadan hər deyilənə inanan adamdır. Ona görə, iddiaların düzgün olub-olmadığını yoxlamadan birbaşa əlaqələri kəsdi”.
Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovla bağlı ona tez-tez suallar ünvanlandığını deyib və narahatlığını dilə gətirib:
“Qardaşlıq da bizim başımıza bir problem olub. Mən onun nə fəaliyyəti, nə kanalı ilə maraqlanıram. O xaricə getməmişdən qabaq da əlaqəmiz olmayıb”.
Tarix: 27-07-2020, 13:37
-
Dünən, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Dünən, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Dünən, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Dünən, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Dünən, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Dünən, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Dünən, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Dünən, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Dünən, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Dünən, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Dünən, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Dünən, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Dünən, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Dünən, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Dünən, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Dünən, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Dünən, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
8-09-2026, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
8-09-2026, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
8-09-2026, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
8-09-2026, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
8-09-2026, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
8-09-2026, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
8-09-2026, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
8-09-2026, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
8-09-2026, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
8-09-2026, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
8-09-2026, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO