Fərqli Vətəndaş Hərəkatı və “Vətəndaş” İctimai Birliyinin bəyanatı


Fərqli Vətəndaş Hərəkatı və “Vətəndaş” İctimai Birliyinin bəyanatı

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhəddində törətdiyi növbəti hərbi təxribata, mülki Azərbaycan vətəndaşlarının atəşə tutulmasına, qətlə yetirilməsinə, evlərinə, təsərrüfatlarına külli miqdarda ziyan vurulmasına dünyanın müxtəlif ölkələrində dinc etirazlarını bildirən azərbaycanlılara qarşı erməni radikal millətçi qruplarının zorakılıq aktlarını qətiyyətlə pisləyir, dünyanın bütün sülsevər insanlarını baş verənlərə münasibət bildirməyə çağırırıq.

Tarixi və hüquqi torpaqlarının 20 faizindən çoxu Ermənistanın işğalı altında olan, bir milyona yaxın həmvətəni doğma evindən didərgin düşən, təməl haqları, o cümlədən mülkiyyət hüquqları kobud şəkildə pozulan, daim işğalçının növbəti aqressiyasının baş verə biləcəyi təhlükəsi ilə qarşı-qarşıya qalan azərbaycanlıların sərbəst toplaşmaq hüquqlarından istifadə edərək, etirazlarını bildirmək onların fundamental hüququdur. Dinc nümayişçilərə qarşı zorakılığın tətbiqi, onlara ağır bədən xəsarətlərinin yetirilməsi, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, nəqliyyat vəsitələrinə qəsdən zərər vurulması çoxsaylı cinayət tərkibi olan əməllərdir və belə halların president xarakteri almaması üçün, prosesdə iştirak edən radikal qrupların bütün üzvləri məsuliyyətə cəlb olunmalıdırlar.

Baş verən bir daha dünyanı öz yalanlarına inandırmağa çalışan ermənilərin zorakılığa, təcavüzə, cinayətə, terrora meylli bir toplum olduğunu, başqa xalqlarla birgəyaşayış qaydalarını mənimsəmədiklərini və qeyri-ermənilərə nifrət etdiklərini, Azərbaycan torpaqlarının işğalı prosesinin də məhz bu nifrətdən, dözümsüzlükdən qaynaqlandıqlarını sübuta yetirir.
Tarix: 25-07-2020, 09:42
Xəbəri paylaş



Xəbər lenti