Avropa Parlamenti Belarusla yeni viza qaydalarını təsdiqləyib.
Cebhe.info xəbər verir ki, 634 deputat sazişin lehinə səs verib. Etiraz edənlərin sayı cəmi 48 nəfər olub.
Sazişə əsasən, ikitərəfli qaydada viza rejiminin sadələşdirilməsi nəzərdə tutulur. Həmçinin Belarus vətəndaşları viza üçün 80 yox, 35 dollar ödəyəcəklər. Viza verilməsi ilə bağlı müraciətə maksimum 10 gün ərzində baxılacaq. Əcnəbilərin Belarus ərazisində qalma müddəti 90 gündən1 80 günə qaldırılıb.