ABŞ ilə Rusiyanın silahlanma yarışı: Azərbaycana necə təsir edəcək? – ŞƏRH


ABŞ ilə Rusiyanın silahlanma yarışı: Azərbaycana necə təsir edəcək? – ŞƏRH

“Rusiya Prezidenti Vladimir Putin ölkənin silahlanması və yeni dünya nizamında rolunu gücləndirmək üçün yeni konsepsiyaya malikdir. Məhz bununla o, ABŞ-la geosiyasi toqquşmaları davam etdirməklə, Rusiyanı fövqəl dövlət statusuna gətirməyi nəzərdə tutur. Buna qismən nail olsa da, ikiqütblü dünya siyasi nizamı formalaşdırmağa nail ola bilməyib”.

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, Rusiyanın iqtisadiyyatı zəiflədiyi üçün Putin Rusiya vətəndaşlarını ölkənin fövqəl dövlət statusuna gətirməklə, inkişafı istiqamətində mütərrəqi islahatlara gedəcəyini çox vaxt sətiraltı mesajla bildirir:

“Putin ictimaiyyətə xitabən daima Qərbin Rusiyanı parçalamağa çalışdığını qeyd etməklə, rusların şüur altına məhz özünün buna yol verməyəcəyini, əvəzsiz olduğunu və ölkəsini gücləndirəcəyini yeridir. Bununla daxildə sosial problemləri məhz paraçalanmaq xofu ilə imitasiya edir. Putin bununla, həm öz hakimiyyətini möhkəmləndirir, həm də Rusiyanı sürətli silahlanmaya aparır.

Həqiqətən də Putinin Rusiyanı fövqəl dövlətə çevrimək planı, əsasən onun millətçi baxışlarından irəli gəlir. Dəfələrlə KQB məktəbində vətənə son dərəcə bağlılıq tərbiyəsində təhsil aldığını vurğulayıb. Bu gün Rusiyanın tərkibində olan respublikalarda rus dilinin inkişafı üçün yeni konsepsiyalar və qanunlar qəbul etməklə, millətçi baxışını ortaya qoyub. Bundan əlavə, MDB məkanında rus dilinin inkişafı üçün üzv dövlətlərdə yeni layihələr həyata keçirməyə çalışır və bu məsələni diqqətdə saxlayır. Bir sözlə Rusiyanın çar sistemi kimi daha da böyük bir sistemdə oturuşmasına nail olamağa çalışır. Məhz ona görə də o, hakimiyyətdən getmir, silahlanmaya milyardlarla dollar ayırmaqla federasiyanın genişlənməsini və postsovet məkanında mütləq siyasi ambissiyalarını bərpa etməyə çalışır”.

Politoloq hesab edir ki, Rusiyanın qarşısında əsas maneə ABŞ-dır və onunla silahlanma yarışında çalışır ki, ABŞ-ın mövqelərini Avrasiyada zəiflətsin:

“Təbii ki, Putinin buna nail olacağı mümkün görünmür. ABŞ postpandemiya dövründə Avropada yeni silah və raketlər yerləşdirməklə, Rusiyanın bu istiqamətdə qarşısını alacaq. Rusiya ötən gün Hiporsonik aviasiya raketinin sınağını keçirməklə, Rusiyanın qüdrətini nümayiş etdirməyə çalışır. Məhz Putin dünyaya mesajında Rusiyanın hipersəs silahlarını dünyanın istənilən nöqtəsini vurmaq gücündə olduğunu qeyd etməklə, bir növ ABŞ-a meydan oxuyurdu. Putinin yeni silahları sınaqdan keçirməsi ABŞ-la silahlanma yarışında yeni mərhələnin başlanğıcıdır. Deyim ki, Rusiya təhdidlərə qarşı “X-101”, “Kalıbar” və “Tsirkon” kimi raket sistemləriylə təhlükəsizliyini təmin etməklə, porseslərə başladı. ABŞ və Rusiya arasında strateji hücum silahlarının azadılması barədə razılığın əldə olunmaması, yeni dünya nizamında beynəlxalq təhlükəsizliyi təhdid edəcək.

Putinin bu gedişləri, növbəti mərhələdə postsovet ölkələri üçün müəyyən risklər yaradır. Bu ölkələrin Avropaya inteqrasiyasının qarşısının alınmasında yeni bir təzyiqlərin ortaya çıxması mümkündür. Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa Rusiyanın müəyyən siyasi təzyiqlərilə qarşılaşa bilər. Moskva təkcə öz hərbi təzyiqləri ilə deyil, siyasi təzyiqlər vasitəsilə qonşu ölkələrə qarşı planları reallaşdıra bilər.

ABŞ və Rusiya arasında yaşanan siyasi gərginlik, eləcə də silahlanma yarışının Azərbaycana təsirləri qaçılmazdı. Hər iki ölkə Azərbaycanla yaxın tərəfdaşdır və Minsk qrupu çərçivəsində Cənubi Qafqazda Qarabağ münaqişəsinin həllində tərəfdaşlıq edirlər. Məhz iki ölkə arasında davam edən bu böhran tərəflərin ortaq məxrəcə gəlməsinə mane olur.

Rusiya və ABŞ arasında siyasi böhranın dərinləşəcəyi və bunun regionumuzda ciddi təsirlərinin olacağı istisna deyil”.

Tarix: 11-05-2020, 17:35
Xəbəri paylaş



Xəbər lenti