Avropanın xarici sərhədləri iyunun 15-i açıla bilər.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
Məlumatda bildirilir: "Avropa İttifaqına səyahətlər səbəbi ilə xəstəliyin yayılma riskini azaltmaq üçün xarici sərhədlərdə
tədbirlərin saxlanılması lazımdır".
Qeyd edilir ki, Şengen zonası ölkələrinin xarici sərhədləri Aİ daxilində məhdudiyyətlər yumşaldıqdan sonra "əhəmiyyətsiz"
səfərlər üçün açıla bilər.
Tarix: 9-05-2020, 22:59