“Sergey Lavrov elə diplomatdır ki, o, təsadüfi bəyanatlar verməz”
Moderator.az xəbər verir ki, bu sözləri işğalçı ölkənin “ArmNews TV” telekanalındakı çıxışında Azərbaycan torpaqlarının işğalında iştirak etmiş tarix elmləri namizədi Volodya Ovannisyan Rusiya Xarici İşlər naziri S.Lavrovun işğal altındakı torpaqların mərhələli şəkildə Azərbaycana qaytarılması haqdakı son bəyanatını şərh edərkən söyləyib.
Ermənistanın Baş naziri N.Paşinyanın Qarabağla bağlı siyasətini kəskin tənqid edən, onun torpaqların Azərbaycana qaytarılmasına çalışdığını vurğulayan erməni tarixçi bildirib ki, çoxları Lavrovun bəyanatını yanlış anlayır, əksinə, Lavrov erməni xalqını oyanmaya çağırıb.
“Lavrov elə bir diplomatdır ki, o, təsadüfi bəyanatlar verməz. Öz bəyanatında Rusiya XİN rəhbəri deyib: “Erməni xalqı, içində xəyanət var, oyan!...”