Günel Səfərova QHT-dən istefa verdi: Siyasətə gəlir


Günel Səfərova QHT-dən istefa verdi: Siyasətə gəlir

Tanınmış hüquqşünas Günel Səfərova “Vətəndaş” İctimai Birliyinin sədri vəzifəsindən istefa verib.

Cebhe.info xəbər verir ki, o, bu barədə “Facebook” hesabında yazıb.

“Mən bu gündən rəhbəri olduğum ictimai birlikdə olan fəaliyyətimi sonlandıraraq yeni fəaliyyətimi siyasi müstəvidə davam etdirəcəyəm. Təşkilata mənəvi bağlılığım hər zaman qalacaq. Yeni siyasi hərəkatda görüşənədək”,- deyə G.Səfərova yazıb.

O, bundan sonra hansı siyasi hərəkatda təmsil olunacağını hələlik açıqlamayıb.

Tarix: 28-04-2020, 20:26
Xəbəri paylaş



Xəbər lenti