Ümid edirəm ki, bu zirvə görüşü baş tutacaq - Lavrov






Ümid edirəm ki, BMT Təhlükəsizlik Şurasında yer alan ölkə liderlərinin zirvə görüşü bu il baş tutacaq.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Birinci kanal"da yayımlanan “Böyük oyun” proqramında deyib.

"Bütün dünya üçün faydalı olan zirvə görüşünün bu il ərzində keçiriləcəyinə ümid edirəm. Liderlər arasında üz-üzə görüşdən bəhs edirəm", - Lavrov bildirib.
Tarix: 25-04-2020, 20:32
Xəbəri paylaş



Xəbər lenti