BMT ermənilərin Dağlıq Qarabağdakı saxtakarlığı ilə bağlı yeni sənəd yayıb

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin Dağlıq Qarabağda keçirilən saxta "seçkilər"lə bağlı BMT Baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva “Twitter”də bildirib ki, sənəddə qondarma "seçkilər"in məhz mart ayının 31-nə təyin olunmasının təsadüfi olmadığı vurğulanıb.
Sənəddə bildirilir ki, bu "seçkilər"in martın 31-də - Azərbaycanlıların Soyqırımı Günündə - 1918-ci ildə ermənilərin törətdikləri cinayətlər nəticəsində öldürülən minlərlə mülki şəxsin xatirəsinin Azərbaycanda anıldığı gündə baş tutması təsadüfi deyil: “Şübhəsiz ki, bu cür göstərişli və kinli hərəkət inamsızlığı dərinləşdirməkdən və onsuz da əldə olunması çətin olan sülh və barışıq perspektivlərini məhdudlaşdırmaqdan başqa bir işə yaramayacaq.
Dünyanın hər bir nöqtəsində koronavirus pandemiyasının sürətlə yayılmasına baxmayaraq, bu "seçkilər" keçirildi və bunun nəticəsi olaraq, bu "seçkilər"dən dərhal sonra Azərbaycanın işğal altındakı torpaqlarında ilk koronavirusa yoluxma halları barədə məlumat verildi”, - deyə sənəddə bildirilib.
Sənəddə qeyd olunub ki, Ermənistan XİN-in bu "seçkilər"lə bağlı yaydığı bəyanat Azərbaycanın işğal altında olan torpaqlarında Ermənistan tərəfindən bu "seçkilər"in səhnələşdirilməsinin digər bir sübutudur və bu addımın məqsədi oyuncaq rejimə qanuni görünüş verməkdir, lakin bu cəhd uğursuz olub: “Bu “seçkilər” tamamilə qanunsuz bir mühitdə keçilirilib. Bu qanunsuzluq davam edən hərbi işğaldan, Azərbaycan torpaqlarında aparılan etnik təmizləmədən, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunvericiliyini, beynəlxalq hüququn prinsip və normalarını açıq şəkildə pozmaqdan qaynaqlanır. Beynəlxalq ictimaiyyət qondarma “seçkilər”i rədd edərək və etibarsız sayaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində meydana çıxmış situasiyanın kollektiv şəkildə tanımamaqla ardıcıl və prinsipial mövqeyini bir daha təsdiqləmiş oldu”.
Sənəddə Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımayan dövlətlər və beynəlxalq təşkilatların adları da qeyd olunub.
Reyting.az
Tarix: 24-04-2020, 16:58
-
Bu gün, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Bu gün, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Bu gün, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Bu gün, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Bu gün, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Bu gün, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
Dünən, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
Dünən, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
Dünən, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
Dünən, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
Dünən, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
Dünən, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
Dünən, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
Dünən, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
Dünən, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
Dünən, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
Dünən, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
Dünən, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
Dünən, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO
-
Dünən, 09:25
"Assist Finance" şirkəti yenə də gerilədi - DÖVRİYYƏ AZALIR
-
Dünən, 09:18
Marketlərdə niyə hələ də köhnə ərzaqlar satılır?-ARAŞDIRMA
-
Dünən, 08:57
AAYDA Hövsan sakinlərini belə aldadır
-
7-09-2026, 23:21
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
-
7-09-2026, 23:14
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
-
7-09-2026, 22:47
Qusar yolları ilə bağlı 1,3 milyon manatlıq iki tender - Qalib eyni şirkətdir
-
7-09-2026, 22:46
Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi - Yeni təyinat
-
7-09-2026, 22:44
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
-
7-09-2026, 22:42
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi
-
7-09-2026, 18:41
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
-
7-09-2026, 18:37
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...