28 aprel işğalı və Putinin yeni “birləşmə” anonsu
Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist ictimai-siyasi aktiv Vüqar Dadaşov, Azərbaycan Xalq Cümhuriyyətinin Bolşevik Rusiyası tərəfindən işğalına dair yazısında maralı məqamlara toxunmuşdur. Həmin yazını oxucularımıza təqdim edirik.
“28 may 1918-ci ildə müstəqilliyini qazanmış Azərbaycan Xalq Cümhuriyyəti 28 aprel 1920-ci ilə Bolşevik Rusiyası tərəfindən işğal nəticəsində süqut edir. Rusiyanın AXC işğalı namərdcəsinə və xəyanətkarçaşına realaşır. Belə ki, Azərbaycan ərazilərinə soxulan Cəllad Andranikin rəhbərliyi ilə erməni daşnak ordusu Azərbaycan ərazilərində Zəngəzurda və Qarabağda azərbaycanlılara qarşı qırğınlar törədirdi.
Azərbaycan Milli Ordu hissələri erməni daşnaklarına qarşı 1918-ci ilin yayından 1919-cu ilin payızına qədər davam etmiş döyüşlər aparmış və yalnız 1919-cu ilin sentyabrında Azərbaycan AXC Milli Ordusunun hissələri erməni daşnak ordusunu Şuşa və Zəngəzurdan qovmuşdu lakin, 1920-ci il martın 22-23-də Qarabağda hökumət əleyhinə Ermənistan hökuməti tərəfindən hazırlanan və qızışdırılan iri qiyamdan sonra Dronun komandanlıq etdiyi daşnak qoşunları növbəti dəfə Qarabağı ələ keçirməyə cəhd göstərirlər. 1920-ci ilin aprel ayının əvvəli Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda, Zəngəzurda erməni təcavüz və işğalının qarşını almaq məqsədi ilə Dövlət Müdafiə Komitəsi qarşıdan gələn 1 may 1920-ci il çağrışçılarının və 30 yaşına qədər şəxslərin Milli Orduya səfərbərliyini elan edir və erməni təcavüz və qiyamının yatırılması üçün Qarabağa yeridir. Ölkənin digər ərazilərində isə çox az sayda silahlı qüvvələr qalır.
Bolşevik Rusiyası bu vəziyyətdən xaincəsinə istifadə edərək 1920-ci il 28 aprel saat 00:05 radəsində dövlət sərhədini pozaraq Samur çayı üzərindəki körpünü keçərək 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə təcavüz edir. Təcavüz edən ordu ilə birlikdə Azərbaycanda bolşevik Anastas Mikoyan və sapı bizdən olan Qəzənfər Nusabəyovda var idi. Barmaq sayında olan sərhədçilərimiz son nəticəni bilsələr də döyüşə atılır və qəhrəmancasına müqavimət göstərirlər. Qısa bir zamanda sərhədçilərimizin müqavimətini qıran bolşevik ordusu Yalamaya doğru hərəkət edir və tarixə “Yalama döyüşü” kimi düşən döyüş baş verir. Azərbaycan ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin və könüllülərə rəhbərlik edən Həmdulla Əfəndinin rəhbərliyi ilə 350 nəfər 70 minlik orduya qarşı döyüşə atılırlar. Nəticə məlum olsa da Azərbaycan əsgər və könüllüləri Qızıl Orduya və rus desantına çox ağır itkilər verməyə məcbur edir, XI Qırmızı Ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin də bu döyüşdə öldürülür. Bakını dənizdən mühasirə salan rus hərbi dəniz donanma qüvvələri və Bakıya girən XI-ci Qızıl Ordu təcavüzü və işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut edir.
Həmin dövrdə də Leninlə Atatürk arasındakı isti münasibətlərin mövcudluğu və gizli danışıqlarının olduğu da artıq məlumdur və belə bir sövdələşmənin mövcudluğunu təsdiq edən çoxlu elmi araşdırma materialları var. Bəzi tarixçilərin fikrincə, Bolşevik Rusiyasının Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi məlumata əsasən Qırmızı Ordu Azərbaycan ərazisindən keçərək Türkiyə ərazisinə getməli idi, Türkiyə tərəfi isə bu məlumatı təkzib etməmişdi. AXC Milli Ordusunun Qarabağda olduğundan və Qırmızı Ordunun guya Türkiyə ərazisinə keçəcəyi məlumatı fonunda Qırmızı Ordunun Azərbaycanı işğal etməyi reallaşa bildi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bolşevik Rusiya İmperiyasına Azərbaycan (AXC) təxminən 150 000 kv. km ərazi ilə daxil edilir. Azərbaycan xalqının, dövlətçiliyinin qəsdinə durmuş Rusiya Sovet dövründə də məkrli planlarını davam etdirir və Azərbaycan ərazilərini əsasən Ermənistan, Gürcüstan və Rusiya arasında bölüşdürür. 1991 oktyabr ayının 18-də rəsmən yenidən müstəqilliyini əldə etmiş Azərbaycan, sovet-bolşevik imperiyasının tərkibindən 86600 kv. km ərazi ilə çıxır. Sovet-bolşevik birliyinə 1920-ci il 28 aprel tarixində zorla qoşulduğumuz və 150000 kv. km əraziyə malik olduğumuz halda ərazilərimizin yarısını itirirmiş olduq. Müstəqilliyimizin ilk dövründə Rusiyanın bir başa dəstəyi və hərbi yardımı ilə Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik 7 rayonunu, təxminən 20% ərazimizi işğal etdi. Müharibə bitməyib, Azərbaycan xalqı hökmən öz torpaqlarını işğaldan azad edəcək və ərazi bütövlüyümüzün bərpa olunacağı şübhəsizdir ancaq ki, bu gün faktiki olaraq, Azərbaycanın Beynəlxalq hüquqla tanınan 86600 kv. km ərazisindən təxminən 71000 kv. km ərazisi qalmışdır.
Qəlb ağrıdan isə odur ki, biz bir xalq olaraq bu tarixi hadisələrdən nəticə çıxarmırıq. Rusiya Prezidenti V.V. Putin “Rossiya1” TV kanalına verdiyi müsahibəsi, Rusiyanın Azərbaycan müstəqilliyinə daimi təhlükəsinin mövcudluğunun sübutudur. Putin müsahibəsində bildirmişdir:
“SSRİ-nin dirçəldilməsi qorxusu postsovet məkanında tədricən aradan qaldırılır, bu barədə açıq danışmaq lazımdır: Keçmişin hansısa fobiyasının, SSRİ-nin, sovet imperiyasının dirçəlməsi ilə bağlı qorxunun aradan qalxması onu göstərir ki, səylərin birləşdirilməsinin hamının xeyrinə olduğunu anlayıblar. Birləşmənin özünə yol açacağı qaçılmazdır”
Göründüyü kimi üstümüzdən qara buludlar çəkilmir. Bu vəziyyətdən bir xalq olaraq nəticə çıxarmırıq, tariximizi öyrənmirik, təbliğ etmirik, laqeyd münasibət bəsləyirik, baş vermiş tarixi hadisələrə siyasi və hüquqi qiymət verməkdən çəkinirik. Çox narahat edici fakt odur ki, hələdə 1918-1920-ci illər Azərbaycan xalqının əldə etdiyi və bu gün varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin (Parlamentdə çoxluğa görə Müsavat hakimiyyəti adlanan) fədailərinin qəhrəmanlığını, uğurunu görməməzlikdən gəlirik, bəzən onlara düşmən damğası vuran rus şovinizmin alətlərinə çevrilirik. Fəxri xiyabanda AXC hakimiyyətinin bir sıra düşmənlərinə heykəllər qurulub və bu heykəllərə tamamı ilə məqsədli yanlış məlumatlar yerləşdirilib. Bəli, bu heykəllər bolşevik-sovet dövrünün heykəlləri və dövr tarixidir. Ancaq ki, hər bir yerdə bu kimi məlumatlar yenilənməli, həmin dövrün real tarixi, müstəqilliyimizin işğal edilməsi barədə məlumatlar da yerləşdirilməlidir. Bu görəcəyimiz işlərin zərrəsidir. Sadəcə heç nəyi unutmamalı və tarixi nəticə çıxarmalı, 28 aprel 1920-cu ildə baş vermiş işğala hüquqi və siyasi qiymət verməliyik ki, başımıza yeni işğallar gəlməsin-Putin yeni imperiyanın yaradılacağına anons verdi...”
Siam.az
Tarix: 22-04-2020, 13:41
-
Bu gün, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Bu gün, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Bu gün, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Bu gün, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Bu gün, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Bu gün, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
Dünən, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
Dünən, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
Dünən, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
Dünən, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
Dünən, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
Dünən, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
Dünən, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
Dünən, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
Dünən, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
Dünən, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
Dünən, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
Dünən, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
Dünən, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO
-
Dünən, 09:25
"Assist Finance" şirkəti yenə də gerilədi - DÖVRİYYƏ AZALIR
-
Dünən, 09:18
Marketlərdə niyə hələ də köhnə ərzaqlar satılır?-ARAŞDIRMA
-
Dünən, 08:57
AAYDA Hövsan sakinlərini belə aldadır
-
7-09-2026, 23:21
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
-
7-09-2026, 23:14
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
-
7-09-2026, 22:47
Qusar yolları ilə bağlı 1,3 milyon manatlıq iki tender - Qalib eyni şirkətdir
-
7-09-2026, 22:46
Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi - Yeni təyinat
-
7-09-2026, 22:44
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
-
7-09-2026, 22:42
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi
-
7-09-2026, 18:41
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
-
7-09-2026, 18:37
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...