İranın Bakı və İrəvan arasında Qarabağ "oyunları" - AÇIQLAMA

   Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl ermənilər İran maşınlarının işğal altında olan Azərbaycan torpaqları üzərindən Qarabağa və Ermənistana neft daşıdığına dair görüntülər yaymışdılar.
Mövzu ətrafında suallarımızı hərbi-siyasi təhlilçi, jurnalist Teymur Zahidoğlu cavablandırıb.
KONKRET.az həmin açıqlamanı təqdim edir:

“Ümumiyyətlə İranın Ermənistana, daha doğrusu, erməni ordusunun işğalı altında olan Qarabağ üzərindən Ermənistana neft ixrac etməsi barədə ilkin informasiya ermənilərin özlərindən gəldi. Ola bilisn ki, ermənilər bunu bilərəkdən və yaxud da hansısa məqsədlər üçün yayımlasınlar. Bu, həm də informasiya müharibəsinin tərkib hissəsi ola bilər.
Onsuz indiyədək ermənilər İrandan neft, neft məhsulları alıblar və maraqlı məqam budur ki, bu günə qədər bu məsələləri işıqlandırmırdılar. Amma İran tərəfi bu faktı təkzib edir. Təbii ki, İran bunu dövlət olaraq təkzib etməlidir və ən pis halda, rəsmi Tehran belə bir arqument gətirə bilər ki, işğal altında olan Azərbaycan torpaqlarındakı ermənilərə, eləcə də Ermənistana İran dövləti yox, hansısa İran şirkətləri neft satır.
Bu baxımdan, İranın təkzib etməsi normaldır. Həm də, bir məqama diqqət yetirək: İran maşınları işğal altndakı Aəzrbaycan torpaqlarından keçib gedir. Bu ərazilərdə isə İranla Ermənistan arasında rəsmi sərhəd-keçid, gömrük məntəqəsi yoxdur. Deməli, bu yol üzərindən Ermənstana və əks istiqamətdə daşınan yüklər heç yanda beynəlxalq səviyyəli yükdaşımalar reysterinə daxil edilmir. Ehtimal etmək olar ki, burada təkcə neft və neft məhsullarının daşınması yox, narkotik, qanunsuz silah, Ermənistan və İranın hazırkı zamanda xüsusilə diqqət mərkəzində olan nüvə materiallarının daşınması da yer ala bilər. Yəni, dolayısı ilə, İranın burada dövlət maraqlarının olması danılmazdır.
Azərbaycanla nə qədər yaxın olursa olsun, İranın dövlət maraqları təbii ki, birinci növbədə dayanır.
Son vaxtlar dünyada baş verən proseslərdən aydın görünür ki, ermənilər dünya ictimai- siyasi, hərbi arenasında müəyyən mənada təkləniblər və artıq küncə sıxışdırılırlar…
Burada da İranın, qismən də olsa, qonşu ölkənin ayaqda qalması üçün müəyyən qədər dəstəyi mövcuddur. Hətta, istər İrəvanda, istərsə də işğal altında olan Dağlıq Qarabağdakı islam dininə aid abidələrin, məscidlərin müəyyən bir qisminin İran hökuməti və bu ölkənin ayrı-ayrı təşkilatları, şirkətləri tərəfindən təmir edilməsi də rəsmi Tehranın Ermənistanla çoxtərəfli münasibətlərini ortaya qoyur. Əgər iki dövlət və ya iki xalq arasında mədəni sferada bu cür əlaqələr varsa, deməli, iqtisadi, siyasi, hərbi müstəvilərdə də ciddi münasibət mövcuddur və inkişaf etdirilir. Çünki İranda fəaliyyət göstərən erməni lobbisi və diasporası bu ölkənin hakimiyyət dairələrinə geniş təsir imkanlarına malikdir.
Digər tərəfdən də Azərbaycan tərəfinin İrandan daha dolğun, daha dəqiq açıqlama gözləməsi normaldır. Amma rəsmi Tehran bütün bunlardan diplomatic yollarla açıq və ya örtülü formada yayınacaq. Dövlət olaraq İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, rəsmi Bakı ilə partnyorluğuna, yaxud da siyasi münasibətlərinə tam aydınlıq gətirir. Bu isə onu deməyə əsas verir ki, İran tərəfdaş ölkə kimi Ermənistanla müansibətlərinə soyuqluq gətirməkdə maraqlı deyil.
Başqa bir aspektdən yanaşanda, ermənilər niyə belə edə bilər? Əgər bunu informasiya müharibəsi üçün istifadə ediblərsə niyə belə bu formada etdilər?
Gəlin baxaq. İran hazırkı dövrdə Amerika Birləşmiş Ştatları, eləcə də müttəfiqləri tərəfindən ciddi şəkildə sıxışdırılmaqdadır. Bunun fonunda İranın qonşusu olan dövlələrin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə baxsaq, ən optimal mövqe tutan dövlətin Azərbaycan olduğunu görərik. Yəni, rəsmi Bakı həm dünyanın nəhəng ölkələri, həm qonşu dövlətlər, həm də region ölkələr ilə siyasətini balanslı şəkildə yürüdə bilir. Amma Ermənistanda belə deyil. Konkret olaraq məlumdur ki, ermənilər, Ermənistan dövləti, Ermənistan höküməti, eləcə də, Ermənistanın bir çox qeyri-hökümət, hökümət təşkilatları, hətta güc nazirlikləri Rusiya ilə bərabər, Amerika Birləşmiş Ştatlarından da ciddi maliyə, maddi-texniki, hərbi yardımlar alır.
Bu tərəfdən də Ermənistan dövlətinin İrana münasibəti Amerikaya münasibətinin fonunda təbii ki, o qədər də ciddi əhəmiyyət daşımır. Ermənilər heç vaxt Amerikanı özündən uzaq tutub İrana yaxınlıq göstərməyəcəklər. Bu məlum faktdır. İran maşınlarının Ermnəistana Qarabağ üzərindən neft daşınması görüntülərinin ermənilər tərəfdən bilərəkdən yayılması, çox güman ki, bu proseslərdə hansısa bir alt məqsəd daşıyır.
Alt məqsəd o ola bilər ki,həm Azərbaycan-İran, həm İran-Ermənistan münasibətlərində müəyyən çatlar, uçurumlar meydana gəlsin. Gəlin belə danışaq, biz nə bilirik ki, o videonu çəkən və yayan erməni hansı qüvvələrə xidmət göstərir? O adamın, bunu çəkən erməninin aqressiyasını özünüz görürsünüz.
İran nə edir? Ermənistan hökumətinin dediyi kimi, blokadada saxlanılan bir ölkəyə ( Ermənistanı nəzərdə tutur ) yanacaq və neft məhsulları göndərir. Yəni, bu satış məqsədi ilə gətirilsə belə, qismən yardım əhəmiyyətlidir. Həmin erməni öz ölkəsinə yardım göstərən bir qonşu dövləti artıq ikrahla qarşılayır, aqressiv münasibət göstərir.
Bu nə deməkdir? Bu, o deməkdir ki, yayımlanan bu videonun arxasında başqa maraqlar dayanır. Mən belə hesab edirəm”.
Tarix: 19-04-2020, 21:24
Xəbəri paylaş



Xəbər lenti