"Hərbi gücün tətbiqi Dağlıq Qarabağın Azərbaycanın olduğunun işarəsi ola bilər..."






Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim, professor Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın 1 saat öncə saytımızda gedən müəllif yazısına münasibət bildirib:

İlham İsmayılın yazısı bu linkdə: https://www.moderator.az/news/320467.html

"Mən dostum İlham ismayılın Dağlıq Qarabağda  "prezidentin" dərhal təyin olunmasını burada yarana biləcək qarşıdurma və parçalanmanın qarşısının alınması ilə bağlı idi - fikri ilə tamamilə şərikəm. 

Burada seçki oyunu olsa da bölgə kriminal güclərin maraqlarının toqquşduğu yerdi. Burada hər şey ola bilərdi. Bu dəfə də ermənilər "danışıqlı döyüşü" yaxşı təşkil etdilər. Ermənilər  bir çox məsələləri reallaşdırmaq işində də yetərincə diplomatik davrandılar və indi Azərbaycan üçün bu adamlarla hansı şəkildə danışmağın effektiv olacağı siyasətini müəyyən etməkdə çətindir.  

XİN rəhbəri Məmmədyarovun son addımları, ən azından açıq deyil və bundan sonrakı siyasətdə heç nəyi ifadə etmir.  Azərbaycan, görünür, ənənəvi üsullarla danışıqları aparmaq fikrindədir, əlbəttə, Ermənistan təkid edir ki, Azərbaycan Dağlıq Qarabağ rəhbərliyinin danışıq prosesinə qoşulmasını təmin etsin. Bunu həmsədr ölkələr də, dolayısı yolla təkid edir.  Bunun qəbuledilməz olduğunu kəskin şəkildə demirlər. Vaxtilə ortaya atılan "DQ hansısa etapda  danışıqlar prosesinə girəcək" arzusunu ermənilər tez-tez səsləndirməyə başlayıblar. Yeni başa gətirilən Harutyunyan isə ilk günlərdən özünü "təsərrüfat adamı" kimi göstərməyə başlayıb və bu fikir qətiyyən yaxına qoyulmur ki,  nə  vaxtsa Dağlıq Qarabağ Azərbaycanın tərkibində olacaq. Ermənilərin arxayın bir sıra layihələri də həyata keçirmələri İlham İsmayılın dediklərinin təsdiqidir. Azərbaycan əslində bu işlərin görülməsinə mane olmalıdır. Diplomatik olaraq təsir etmək imkanlarımızın olmadığını hamı bilir. Amma hərbi gücün tətbiqi mümkündür.  Bu yol Dağlıq Qarabağın Azərbaycanın olduğunun işarəsi ola bilər. Bəli, DQ-da həyata keçirilən bütün  işlər tikinti, yol, enerji layihələri qanunsuzdur və Azərbaycan bu haqqına yalnız güc tətbiq etməklə  nail ola bilər".
Tarix: 17-04-2020, 08:27
Xəbəri paylaş



Xəbər lenti