Qarabağda “seçki şousu” bitdi: “Torpaqları qaytarmaq üçün bəhanə qalmadı” – POLİTOLOQ

Qarabağda “seçki şousu” bitdi: “Torpaqları qaytarmaq üçün bəhanə qalmadı” – POLİTOLOQ


“Qarabağımızı qaytarmaq üçün artıq bəhanə qalmadı”.

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Natiq Miri deyib.

Dağlıq Qarabağdakı separatçı qondarma rejimin "üzdəniraq" prezident seçkilərinin ikinci turunun keçirildiyini qeyd edən politoloq bu tura keçən Masis Mailyanın seçki yarışında iştirak etmədiyini bildirib:

“Masis Mailyan seçicilərini seçkini boykota çağırdığı üçün seçkidə iştirak etməyib. Bu da rəqibi Araik Arutunyanın rahatlıqla qalib gəlməsinə şərait yaradıb. Seçkidə seçicilərin 44.9 faizinin iştirak etdiyi bildirilir. Səsverənlərin 87 faizinin səsini alan Araik Arutunyan qalib elan olunub. Bununla da Paşinyan hökumətinin Dağlıq Qarabağdakı "seçki şousu" “Qarabağ klanı” üzərində tam qələbə ilə bitib. Bu vəziyyət həm də Paşinyan üçün Qarabağ danışıqlarında divarın bitdiyi yerdir. Top yenə Azərbaycan hakimiyyətinin meydanındadır”.

Tarix: 15-04-2020, 13:05
Xəbəri paylaş



Xəbər lenti