Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilən xəstəxanada araşdırma başlanıldı - RƏSMİ

"Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir".

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

"Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir.

Klinikada lentə alınmış görüntüləri təqdim edirik:

Tarix: Bu gün, 14:19
Xəbəri paylaş



Xəbər lenti