Şikayətlərdən sonra ərazi ... - Video

Sabunçu rayonunun Maştağa qəsəbəsinin Sülh küçəsində antisanitar vəziyyət hökm sürür. 

Bizimesr.com xəbər verir ki, bu barədə sakinlər şikayət ünvanlayıblar. 

Onlar bildirirlər ki, bəzi obyekt sahibləri və vətəndaşlar zibil konteynerlərinin boş olmasına baxmayaraq, tullantıları yerə atırlar. Hətta gecə saatlarında motosikletlə əraziyə zibil gətirib boşaldanların olduğu da iddia edilir.

Onların sözlərinə görə, ərazi vaxtaşırı təmizlənsə də, bir-iki gün sonra yenidən əvvəlki vəziyyət yaranır.

“Qoxudan rahat keçmək mümkün deyil. Bu vəziyyət müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Ərazi təmizlənir, amma qısa müddət sonra yenidən zibillənir”, – deyə sakinlərdən biri qeyd edib.

“Baxın. Görün, buranı nə hala qoyublar... Nə zaman yığılacaq bu? Nə edəcəyik? Bilinmir”, - başqa bir sakin bildirib.

Ətraflı “Baku TV”nin videomaterialında:

Tarix: Dünən, 18:39
Xəbəri paylaş



Xəbər lenti