
"28.04.2026 tarixində anamı kardioloji müayinə üçün Mərkəzi Klinikaya apardım və qarşılaşdığımız vəziyyət bizi ciddi şəkildə narazı saldı..." "DİA-AZ" xəbər verir ki, bu barədə Esmirа adlı istifadəçi "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımda gileylənir.
Narazı vətəndaş daha srona bildirir: "Bəzi tibbi personalın pasientlərə kobud və laqeyd münasibəti, MRT zamanı yaranan problemə peşəkar yanaşılmaması, ödəniş edilməsinə baxmayaraq uzun müddət gözlədilməsi və yalnız etiraz etdikdən sonra müayinənin həyata keçirilməsi qəbuledilməzdir.
28.04.2026 tarixində anamı kardioloji müayinə üçün Mərkəzi Klinika apardım və qarşılaşdığımız vəziyyət bizi ciddi şəkildə narazı saldı. Bəzi tibbi personalın pasientlərə kobud və laqeyd münasibəti, MRT zamanı yaranan problemə peşəkar yanaşılmaması, ödəniş edilməsinə baxmayaraq uzun müddət gözlədilməsi və yalnız etiraz etdikdən sonra müayinənin həyata keçirilməsi qəbuledilməzdir. Bu arada ürək MRT-nə görə 690 AZN ödəniş etdik və bunun müqabilində stasionar xəstəni bu qədər gözlədiblər. Bir var təcili xəstə olsun onlara xidmət göstərsinlər, xeyir, kənardan gələn təcili olmayan xəstələri salırdılar MRT-yə.
Bundan əlavə, palatada istifadə olunan termometrin sterilizasiya edilmədən bir pasientdən digərinə verilməsi ciddi gigiyena pozuntusudur.
Dövlət Vergi Xidmətinin diqqətinə: Ödənilən xidmətlərə görə isə ƏDV qəbzi təqdim olunmayıb, yalnız daxili qəbz verilib.
Pasient sağlamlığı və hüquqları hər şeydən üstün olmalıdır. Bu kimi halların araşdırılması və məsul şəxslər barədə tədbir görülməsi vacibdir..."
Tarix: Dünən, 16:11